Accessibility links

"Gəncə işi"ndə növbəti qrupa hökm oxundu


Sentyabrın 19-da Sabunçu rayon Məhkəməsində "Gəncə işi" üzrə təqsirləndirilən qruplardan daha birinin məhkəməsi başa çatıb.

Məhkəmənin hökmünə əsasən, Eşqin Quliyev 20 il, Urfan Məmmədov 18 il, Oktay Hüseynzadə 18 il, Abbas Abbasov 7 il, Elşən Məmmədov 7 il, Rauf Bayramov 9 il, onun oğlu Hüseyn Bayramov isə 2 il müddətə azadlıqdan məhrum edilib.

20 illik həbs hökmü ilə ən ağır cəza Eşqin Quliyevə verilib.


Dövlət ittihamçısı onlara 4 ildən ömürlük həbsə qədər cəza istəmişdi.

Gəncə hadisələrinə görə həbs olunan şəxslərin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 11 il 6 ayaq qədər həbs cəzası verilib.

Sonradan apellyasiya məhkəməsində cəzalar 11 il 6 aydan 5 il 6 aya qədər azaldılıb, 6 nəfər məhkəmə zalından azadlığa buraxılıb.

Həbs olunanlar məhkəmə ifadələrində həm saxlanılarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətə uyğun olmayan ifadələr verirlər.

2018-ci il iyulun 3-də Gəncədə şəhərin o vaxtkı icra hakikiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və şəhər icra başçısının mühafizəçisini yaralayıb.

Elmar Vəliyev, sabiq Gəncə icra hakimi
Elmar Vəliyev, sabiq Gəncə icra hakimi

Bundan sonra sosial şəbəkələrdə iyulun 10-a Gəncə administrasiyasının binası qarşısında Vəliyevə qarşı etiraz aksiyası təyin edilib. Elə həmin gün Daxili İşlər Nazirliyi Gəncədə iğtişaşlar olduğu, iki yüksək rütbəli polis zabitinin qətlə yetirildiyi barədə məlumat yayıb. Bunun ardınca dindarlar və digər şəxslər arasında kütləvi həbslər aparılmağa başlayıb.

2019-cu il iyulun 31-də baş prokuror Zakir Qaralov bildirib ki, Elmar Vəliyevə sui-qəsdlə bağlı mütəşəkkil cinayətkar qrupun 29 üzvü cinayət məsuliyyətinə cəlb edilib, 11 nəfər barəsində beynəlxalq axtarış elan edilib.

10 iyul hadisələri ilə bağlı 60 nəfər barəsində 8 cinayət işi üzrə istintaq yekunlaşıb və işlər məhkəmələrə göndərilib. Təqsirləndirilən şəxslər müxtəlif müddətli həbs cəzalarına məhkum ediliblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG