Accessibility links

“Gəncə işi”nin apellyasiya baxışı- məhkəmə binası nəzarətə götürülüb


“Gəncə işi”nin apellyasiya baxışı

Dünənki insidentdən sonra insanlar məhkəmə zalına ciddi yoxlanılaraq buraxılıb

Avqustun 16-də Bakı Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə 2018-ci ilin iyulunda Gəncədə baş verən hadisələrlə bağlı həbsdə olan Yavər İsmayılzadə, Zabil Məmmədov, Qənbər Qarazadə, Elvin Əliyev, İsa Məhərrəmzadə, Aydın Rüstəmov, Alim Yusifovun şikayəti üzrə məhkəmə prosesi davam edib.

“Gəncə işi”nin apellyasiya baxışı - məhkəmə binası nəzarətə götürülüb
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Adı çəkilən şəxslər kütləvi iğtişaşların təşkilindəvə iştirakda, hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməkdə günahlandırılaraq bu ilin martında 7 il 6 aydan 9 ilədək həbsə məhkum edilib.

Məhkumların əksəriyyəti bu gün məhkəməyə və ittihamlara etiraz olraq son söz deməkdən imtina edib.

Məhkəmə iclası avqustun 22-də davam etdiriləcək.

“Gəncə işi”nin apellyasiya baxışı
“Gəncə işi”nin apellyasiya baxışı

Bu gün məhkəmə zalında və məhkəmə binasının ətrafında çoxsaylı nəzarətçilər və hüquq mühafizə orqanlarının əməkdaşı olub. İnsanlar məhkəmə zalına ciddi yoxlanışdan sonra buraxılıb. Jurnalistlərin əksəriyyəti məhkəmə iclas zalına buraxılmayıb. Bunun səbəbini avqustun 15-də “Gəncə işi” ilə bağlı digər qrupun məhkəməsi zamanı baş verən insidenlə əlaqələndiriblər.

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Məhkəməsi başlanmadığından Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlaya bilməyib.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Bəzilərinə hökm oxunub, bəzi işlər hazırda apellyasiya məhkəməsində araşdırılır. Avqustun 9-da qruplardan birində 4 nəfər məhkəmə zalından azadlığa buraxılıb, daha 11 nəfərin isə cəzası yüngülləşdirilib.

Həbs olunanlar məhkəmədə saxlanılarkən və ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər. Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri də təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

XS
SM
MD
LG