Accessibility links

“Gəncə məhbusları”nın yaxınları aksiya kecirməyə cəhd edib


"Gəncə işi"ndə ittiham olunanlar (Foto Oqtay Gülalıyevin facebook səhifəsindəndir)
"Gəncə işi"ndə ittiham olunanlar (Foto Oqtay Gülalıyevin facebook səhifəsindəndir)

“Gəncə məhbusları” adlandırılan bir qrup məhbusun yaxınları mayın 4-də Bakıda Ali Məhkəmənin binası qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

Etirazçılar "Gəncə məhbuslarına azadlıq tələb edirik!" şüarı səsləndirib. Aksiya iştirakçıları qohumlarının günahsız olduğunu və haqsız yerə həbs edildiyini bildirib.

“Bizim övladların günahı yoxdur. Onlar azad edilməlidir. Bir video görüntüyə görə oğluma 15 il həbs veriblər. Oğlumun hər hansı zorakılıqda iştirakı yoxdur,” etirazçılatrdan biri deyib.

Etirazçılardan iki nəfəri Ali Məhkəmə binasına daxil olub və rəhbərlik tərəfindən qəbul edildiyi bildirilib.

3 iyul 2018-ci ildə Gəncədə şəhərinin o zamankı icra hakimiyyəti başçısı Elmar Vəliyevə sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb.

Bundan sonra iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib və bu iğtişaşlar zamanı iki polis əməkdaşı qətlə yetirilib. Bunun ardınca dindarların və başqa şəxslərin kütləvi həbsləri başlayıb.

Bu hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslər 6 ildən 18 ilədək azadlıqdan məhrum ediliblər. 10-a yaxın adam şərti olaraq azad edilib.

Yunis Səfərov və digər 11 nəfərin məhkəməsi 2020-ci ilin yanvarında başlayıb.

XS
SM
MD
LG