Accessibility links

Gənc fəalın həyat yoldaşı intihara cəhd edib


İlkin Rüstəmzadə
İlkin Rüstəmzadə

Keçmiş siyasi məhbus İlkin Rüstəmzadənin həyat yoldaşı bu gün, iyunun 17-də çox sayda yuxu dərmanı içərək intihara cəhd edib.

Bu barədə İlkin Rüstəmzadə öz Facebook səhifəsində yazıb.

“Mən onu Semaşko xəstəxanasına (Kliniki Mərkəz) apardım, hazırda reanimasiyadadır. Daxili İşlər Nazirliyinin əvvəl Facebookda yazıb təhdid edən nümayəndəsi 3 gün əvvəl yenə xəbərdarlıq edib ki, "İlkin susmasa əvvəlki yenə təkrarlanacaq,” fəal yazıb, ancaq söhbətin nədən getdiyini dəqiqləşdirməyib.

Rüstəmzadə məlumatı Amerikanın Səsinə təsdiq edib.

“Artıq xəstəxanada həyat yoldaşıma tibbi yardım göstərilib. Hazırda evimizə gəlmişik,” o qeyd edib.

Bununla yanaşı, rəsmi qurumlar fəalın yazdıqlarına hələ şərh verməyib.

Sosial şəbəkələrdə fəalın həyat yoldaşının adına saxta profil yaradılıb və qadının montaj edilmiş fotoları yerləşdirilib.

İlkin Rüstəmzadə dinc vaxtı əsgər ölümlərinə qarşı etirazların təşkilinə görə 6 il həbsdə olan gənc fəaldır.

O, hakimiyyətin fəal tənqidçilərindəndir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG