Accessibility links

Gənc fəal İlkin Rüstəmzadə NİDA-dan istefa verdi


Gənc fəal İlkin Rüstəmzadə NİDA Vətəndaş Hərəkatının İdarə Heyətindən və təşkilat üzvlüyündən istefa verib.

O, bu barədə "Facebook" hesabında yazıb.

"NİDA Vətəndaş Hərəkətanın İdarə Heyətindən və üzvlüyündən istefa verirəm. "Facebook" profilimi də dondururam. Artıq son aylarda yaşadıqlarım və yaşatdıqlarım elə bir dərəcəyə gəlib çatıb ki, özümü psixoloji olaraq tam düzəltməmiş, kiməsə faydamın olacağını düşünmürəm", - İ.Rüstəmzadə qeyd edib.

İlkin Rüstəmzadə dinc vaxtı əsgər ölümlərinə qarşı etirazların təşkilinə görə 6 il həbsdə olan gənc fəaldır.

O, hakimiyyətin fəal tənqidçilərindəndir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG