Accessibility links

Gənc seçicilər iqlim dəyişikliyi sahəsində addımlar atılmasını tələb edir


Gənc seçicilər iqlim dəyişikliyi sahəsində addımlar atılmasını tələb edir
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Gənc seçicilər iqlim dəyişikliyi sahəsində addımlar atılmasını tələb edir

Seçki mövsümündə gənc amerikalı seçicilər səslərini uçaldaraq iqlim dəyişikliyi sahəsində addımlar atılmasını tələb edir. Gənclər demokratlar və respublikaçıları kommunikasiyaya və alimlərin təhlükəyə dair xəbərdarlıqları ilə bağlı güzəştlərə çağırır.

“Biz elektrik maşınlarla bütöv ABŞ-da iqlim dəyişiklərinin həlli üçün bazar innovasiyalarını nümayiş etdiririk.”

22 yaşlı Benji Baker respublikaçıdır. Onun dediyinə görə, mühafizəkar dəyərlər iqlim dəyişikliyi ilə mübarizəyə mane ola bilər.

“Ətraf mühit təkcə demokratların simvolik problem kimi baxdığı problem olmamalıdır, hər iki tərəfin də masada mövzusuna çevrilməlidir. Respublikaçılar və mühafizəkarlar kənd yerlərində yaşamağa meyllidirlər. Fermer təsərrüfatlarında, rançolarda və dağlarda yaşamağa meyllidirlər. Onlar ətraf mühitin qayğısına qalırlar. ”

Bakerin qrupu təkliflər irəli sürür. Bunlar tədricən qazıntı yanacaqlarından istifadəni azlatmaqla karbon emissiyası olmayan texnologiyadan istifadə edilməsi ilə daha təmiz iqtisadiyyata keçidi nəzərdə tutur.

Demokratlar ilk dəfə olaraq Yeni Yaşıl Razılığını dəstəkləyib. Bu razılıq cevik bir şəkildə hərəkətə keçirilməsini nəzərdə tutur. Lakin hələ də hər iki partiyanın bütün üzvləri buna açıq olmadığını bildirir.

“Biz siyasət debatları apara, kompromisə gedə bilərik. Bizim inandığımız təməl şərtlər budur ki, hər bir insan həyatda daşqınlarsız və yanğınlarsız bir həyata layiqdir” - deyə, Sunrise Movement DC-nin üzvü Alida Ostin bildirib.

Lakin seçkilərdən öncə amerikalıları daha çox pandemiya, və iqtisadiyyat daha çox narahat edir.

Iqlim dəyişikliyinə gəldikdə prezident Donald Tramp və onun demokrat rəqibi Co Bayden arasında dərin uçurum mövcuddur.

“Trampın tərəfdarlarının yalnız 17 faizi iqlim dəyişikliyini mühüm məsələ hesab edir. Baydendə isə bu fərqlidir. Onun tərəfdarlarının hər 10-dan 7-si, yəni 68 faizi iqlim dəyişikliyini səsvermələrdə mühüm məsələ hesab edir” , Pew Araşdırma Mərkəzindən Alek Tayson deyib.

Pew Araşdırma Mərkəzinin bildirdiyinə görə, gənc seçicilər arasında fikir ayrılığı nəzərəçarpacaq dərəcədə azdır.

“Gənc respublikaçılar ölkənin alternativ enerji inkişafına inanır. Külək və günəş enerjisi kimi. Bu, mədən yanacağı, təbii qaz və qazıntı enerjisinə üstünlük verən yaşlı respublikaçılardan çox fərqlidir” , Alek Tayson deyib.

İqlim dəyişikliyi məsələsinə prezidentliyə namizədlərin ilk debatında çox az yer verilib. Lakin 35 yaşından aşağı seçicilər bu haqda daha çox eşitmək istəyir.

Elektoratın 40 faizini təşkil edən müstəqil seçicilər isə yaşlarından asılı olmayaraq, struktur dəyişikliklər tələb edir.

XS
SM
MD
LG