Accessibility links

Gənclər tarixi binanı qorumaq üçün növbə çəkir


Gənclər tarixi binanı qorumaq üçün növbə çəkir

Onlarla gənc gecə qarınlığında binada qalır

Onlarla gənc Bakının mərkəzində tarixi binanı qorumaqda davam edir. Qeyri-rəsmi məlumatlara görə, binanı sökmək istəyirlər.

Mayın 6-da axşamdan polis Süleyman Rüstəm küçəsi, 10 ünvanındakı ikimərtəbəli binanın boşaldılmasına bir neçə dəfə cəhd edib. Lakin gənclər, müxtəlif ictimai birliklərin və qrupların üzvləri onlara tabe olmaqdan imtina edirlər.

Gənclər Facebook-da kampaniyaya başlayaraq vətəndaşları binanın sökülməsinə yol verməməyə çağırır.

Bundan sonra xarici diplomatlar və ictimai xadimlər binaya gələrək gənclərin aksiyasını dəstəkləyiblər.

Binanın qorunmasının təşəbbüsçüləri birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək onun müdaxilə etməsini və binanın sökülməsinə yol verilməməsini xahiş edib.

Binaya gəlincə, rəsmi şəxslərdən kimsə onun dəyəri və söküntü planları barədə açıqlama verməyib.

Mayın 7-də binanın sahibinin səlahiyyətli nümayəndəsi Bəhruz Əhmədov ona.az saytına bildirib ki, binanı qanunsuz zəbt edən “Salaam Cinema Baku” əməkdaşları çıxmaq istəmədikləri üçün müvafiq sənədləri toplayaraq məhkəməyə müraciət edib.

Tarixi bina 1913-cü ildə molokanların ibadət evi kimi inşa edilib. Sovet dönəmində burada Rabitə Nazirliyinin Radio Evi yerləşib. Postsovet dövründə bina boş qalıb və faktiki olaraq sahibsiz olub. Son vaxtlar "Salaam Cinema"nın entuziastları oranı sahmana salaraq kino nümayiş etdirirdilər. Məhz həmin gənclər binanın mühafizəsinə qalxıb.

XS
SM
MD
LG