Accessibility links

G-20 nazirləri koronavirus, iqlim dəyişikliyi, iqtisadi inkişaf məsələlərini müzakirə edir


Koronavirus pandemiyası, iqlim dəyişikliyi və qida təhlükəsizliyi çərşənbə axşamı G-20 ölkələrinin xarici işlər nazirlərinin İtaliya görüşünün gündəmindədir.

Matera şəhərində keçirilən danışıqlar 2019-cu ildən bəri nazirlərin ilk şəxsi görüşüdür.

"Pandemiyanı sona çatdırmaq üçün daha çox yerdə daha çox peyvəndə sahib olmalıyıq. Çoxtərəfli əməkdaşlıq bu qlobal sağlamlıq böhranını dayandırmaq üçün açar olacaq" - deyə, ABŞ Dövlət katibi Antoni Blinken bildirib.

Blinken ABŞ-ın aşağı və orta gəlirli ölkələrə COVID-19 peyvəndi tədarükü üçün COVAX doza paylaşma təsisinə verdiyi töhfələri vurğulayaraq, pandemiyanı görüşünü mərkəzinə qoyduğuna görə İtaliyaya təşəkkür edib.

ABŞ Dövlət Departamentinin rəsmiləri bildirib ki, Blinken Prezident Co Bayden və onun müttəfiqləri ilə əlaqələri gücləndirməyə yönəlmiş xarici siyasət yolu ilə son aylar ortaq mövzu olan qlobal problemlərin həlli üçün birlikdə çalışmanın vacibliyini vurğulayacaq.

“İqlim böhranı ilə mübarizə üçün Blinken G-20 üzvlərini iddialı nəticələr əldə etmək üçün, o cümlədən 1.5 dərəcə Selsi istiləşmə həddini saxlamağın zəruriliyini, bu məqsədə uyğun gələn on il ərzindəki fəaliyyətin vacibliyini qəbul etmək, xaricdən kömür tədarükü üçün hökumətin maliyyələşdirilməsinə son qoymaq kimi öhdəliklər götürmək üçün birlikdə çalışmağa təşviq edəcək” - deyə, İqtisadi və Ticarət İşləri Bürosunun Maliyyə İşləri şöbəsinin direktoru Suzanna Kuper görüşdən əvvəl jurnalistlərə bildirib.

Kuper Blinkenin minimum korporativ vergi dərəcəsi ilə bərabər qlobal vergi sistemi də daxil olmaqla, "davamlı və əhatəli iqtisadi bərpa prosesi qurulmasını" müdafiə edəcəyini deyib.

G-20-də olan Böyük Yeddilik qrupunun maliyyə nazirləri iyun ayının əvvəlində şirkətləri mənfəətlərini az və ya gəlirsiz törəmə müəssisələrə köçürməyə məcbur edəcək qlobal minimum vergi verilməsi barədə prinsipcə razılaşıblar. Vergi yurisdiksiyaları bu gəlirə görə vergilərin 15% -ni yerləşdikləri ölkəyə ödəməlidirlər.

Çərşənbə axşamı iclaslarında Afrikadakı iqtisadi inkişaf məsələləri, o cümlədən gender bərabərliyi və gənclər üçün imkanlar, eləcə də humanitar səylər və insan hüquqları nəzərdən keçiriləcək.

XS
SM
MD
LG