Accessibility links

Böyük 20-liyin maliyyə nazirləri birgə bəyanat yayıb


Haruhiko Kuroda, governor of the Bank of Japan, left, and Japan's Vice Finance Minister Minoru Kihara talk before posing for a group picture at the G-20 finance ministers and central bankers summit in Buenos Aires, Argentina, March 19, 2018.
Haruhiko Kuroda, governor of the Bank of Japan, left, and Japan's Vice Finance Minister Minoru Kihara talk before posing for a group picture at the G-20 finance ministers and central bankers summit in Buenos Aires, Argentina, March 19, 2018.

Dünyanın maliyyə liderləri proteksionizmi rədd edərək, ticarətlə bağlı gələcək dialoqa çağırıb. Lakin onlar prezident Trampın metal tarifləri ilə bağlı qərarının qüvvəyə minməsindən əvvəl ticarət müharibəsi təhlükəsinin qaşısını ala bilməyib.

Böyük İyirmiliyə üzv olan ölkələrin nazirləri və bankerləri iki günlük görüş zamanı ticarət maneələrinin artıma təsir risklərini müzakirə edib.

Böyük İyirmilik dünya ticarətinin 75, qlobal daxili istehsalın 85 faizini təmin edir.

Görüşdən sonra nümayəndələr ticarət üzrə 2017-ci ilin qeyri-müəyyən ticarət bəyanatı ilə razılaşaraq, daha çox "dialoq və hərəkətlərə" ehtiyac duyulduğunu bildirib.

"Biz Hamburq sammitində ticarət liderlərimizin əldə etdiyi nəticələrə əsaslanaraq, gələcək dialoqlara və əməllərə ehtiyac olduğunda razılaşdıq" - deyə Böyük 20-liyin bəyanatında qeyd edilir.

Bəyanatda qlobal ticarət müharibəsinə dair narahatlıqların həlli yer almayıb.

ABŞ xaricdən idxal edilən polada 25, alüminiuma isə əlavə 10 faiz tarif müəyyən edib.

Donald Trampın əsas metallarla bağlı bu qərarı bizneslə əlaqəli olan respublikaçı qanunvericilərin narahatlığına yol açıb. Kanada və Avropa Şurası da buunla bağlı narazılığını ifadə edib.

Ağ Ev müşaviri prezidentin qərarının düzgün olduğunu bildirərək, digərlərini istisna etməklə hər hansısa ölkənin idxalına rüsum artımının "sürüşkən yolda irəliləmək" olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG