Accessibility links

G-7 liderləri yoxsul ölkələrə 1 milyard doza vaksin ayırmağı vəd ediblər


Co Bayden

Böyük Yeddilərin liderləri Karbis Bey, İngiltərədə sammitlərini başa çatdırıblar Onlar yoxsul ölkələrə 1 mlyarddan çox COVID-19 vaksini verməyi vəd ediblər və Çinə bir neçə məsələdə tənqid ediblər.

Britaniyanın baş naziri Boris Conson müxbirlərə deyib ki, bu dozalar ölkələrə həm COVAX vasitəsilə həm də birbaşa çatdırılacaq.

Sammitin sonunda yayımlanan rəsmi bildirişdə qeyd olunub ki G-7 liderləri “bizim dəyərlərimizi təbliğ edəcəklər, o cümlədən Çini insan haqları və fundamental azadlıqlara hörmət etməyə, xüsusilə də Sincanda və Çin-Britaniya Ortaq Bəyannaməsində Honq Konqa verilən haqlar, azadlıqlar və yüksək səviyyədə muxtariyyəti təmin etməyə çağıracaqlar,” Böyük Yeddilər bildirib.

Pekin Sincanda uyğur azlıqlara qarşı ciddi insan haqları pozuntuları həyata keçirməkdə, habelə Honq Konqda hüquqları pozmaqda ittiham olunur.

Pekin illərdir Qərb və bir çox müsəlmanlar tərəfindən uyğurlara qarşı rəftarına görə beynəlxalq tənqidlərlə üzləşib. Bu rəftara hökumət tərəfindən izlənmə və zorakı doğuma nəzarət praktikaları daxildir. İnsan haqları qrupları bildirir ki, Çin bir milyondan çox uyğuru həbs düşərgələrinə göndərib. Çin həmin təsislərin “peşə təhsili mərkəzləri” olduğunu və məqsədinin dini ekstremizmin və terror hücumlarının qarşısını almaq məqsədi daşıdığını bildirir.

Bundan əlavə Pekin Qərbi Honq Konqda “daxili” dediyi məsələlərə müdaxilə etməyə son qoymağı çağırıb. Honq Konqda 2019-cu ildə demokratiya uğrunda etirazlardan sonra 2020-ci ilin iyun ayında milli təhlükəsizlik qanunu qüvvəyə minib.

G-7 liderləri həmçinin COVID-19 mənbəyi ilə bağlı daha çox araşdırmanın aparılmasına çağırıblar.

“Biz həm də ÜST-nın təşkilatçılığı ilə elmə əsaslanan, ekspertlərin başçılığı ilə zamanlı və şəffaf 2 Faza COVID-19-un mənşəyi ilə bağlı araşdırmanın aparılmasına çağırırıq,” Böyük Yeddilər bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG