Accessibility links

G-7 nazirləri global problemlərlə bağlı razılıq əldə etməyə çalışır


Böyük Yeddilik ölkələrinin nazirləri
Böyük Yeddilik ölkələrinin nazirləri

Böyük Yeddilik ölkələrinin xarici işlər nazirləri şənbə günü Fransanın Dinard kurort şəhərində iki günlük iclası başa çatdırır. Orada onlar bir sıra qlobal problemlərlə bağlı öhdəlikləri üzərində razılıq əldə etməyi və avqustda Biarritzdə G-7 sammitin gündəmini müəyyən etməyə ümid bəsləyir.

ABŞ, Fransa, Kanada, Yaponiya, Almaniya, İtaliya və Böyük Krallığın daxil olduğu G-7 ölkələrinin diplomatları ilk öncə Atlantik okeanın sahilində yürüş edib, daha sonra iş naharı ediblər. Onlar Afrikanın Sahel regionundan narkotik, silah və miqrant qaçaqmalçılığı, eləcə də kiber cinayət və münaqişə zonalarında, xüsusilə də cinsi zorakılığına qarşı mübarizə ilə bağlı ortaq bəyanat üzərinə razılıq əldə etməyə ümid edir.

Lakin ABŞ rəsmiləri deyib ki, Fransanın xarici işlər naziri Jan-İv Le Drianın başçılıq etdiyi danışıqlarda fikir ayrılıqları da müzakirə olunacaq. ABŞ-ın dövlət katibinin müavini Con Sallivan deyib ki, Vaşinqton G-7 forumunda Venesuelanın müxalifət lideri Xuan Quaydoya dəstək toplamayacaq. ABŞ ölkəni prezident Nikolas Maduronun hökümətindən demokratiyaya doğru transformasiya etməsi üçün Xuan Quaydonu dəstəkləyir.

Quaydo ölkədə aylardır davam edən elektrik kəsintiləri səbəbilə iğtişaşın dərinləşdiyi bir vaxt Venesuela prezidentinin sosialist administrasiyasını devirmək kampniyasına rəhbərlik edir.

Vaşinqton böhrana qərq olmuş Cənubi Amerika ölkəsi ilə bağlı mövqeyi səbəbilə İtaliya ilə ziddiyət yaşayır. Belə ki, İtaliya Quaydonu dəstəkləməyən yeganı G-7 ölkəsidir.

Fransa rəsmilərinin sözlərinə görə, ABŞ və Kanada Quaydoda dəstəyi artırmaq sahəsində fəal olub. Lakin bu həftə Maduroya sadiq insanları Quaydonun toxunulmazlığını aradan qaldırması geniş-miqyaslı narahatlıqlara səbəb olub.

“Biz məsələnin gərginləşməsini istəmirik” - deyə, Almaniyanın xarici işlər naziri Heiko Maas şənbə günü Dinardda bildirib.

“Biz hələ də, ölkədə azad seçkilərin keçirilməli olduğunu və venesuelalıarın özlərinin ölkəyə başçılıq edəcək şəxsi seçmələrinin tərəfdarıyıq”, o əlavə edib.

İtaliya həmçinin Çinin üç milyard dollar dəyərində Kəmər və Yol təşəbbüsü adlı Böyük ipək yolu stilində mübahisəli qlobal ticarət şəbəkəsi qurmaq planını dəstəkləyən ilk Böyük Yeddilik ölkəsi olaraq Aİ və ABŞ müttəfiqlərini hirsləndirib.

XS
SM
MD
LG