Accessibility links

5G texnologiya artıq yoldadır


5G texnologiya artıq yoldadır
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Kiçik Monako şəhəri. Aralıq dənizinin sahili. Gələcək artıq buradadır...

Bu, yenilənmiş antennalardır və Monakonun 5G cihazlarının artan bağlantı tələblərinə cavab verməyə imkan yaradacaq.

Patrik Bouffel, Monako Telekom: “Biz şəhərin demək olar ki, bütün binalarında antennaların quraşdırılması prosesindəyik. Məqsəd bütün Monakonu əhatə etməkdir. Arxamda gördüyünüz antennalar hal-hazırda quraşdırılmaqdadır. Bu bizə imkan verəcək ki, bütün ərazini yeni bağlantı ilə təmin edək.”

Bəs 5G şəbəkə nədir? Terminologiyada dərinə getmədən deyək ki, bu bağlantı sizin cihazlara onlayn daha çox işi, daha sürətlə və daha səmərəli görmək imkanı verəcək.

Martin Perronet, Monako Telekom: “5G 10 dəfə daha güclüdür və bizə bütün multimedia vasitələrindən istifadə etmək, daha çox insanı bağlantı ilə təmin etmək imkanı verir. 5G bağlantı gözləmə vaxtını on dəfə azaldır və sən dərhal bağlana bilirsən. Bu isə yeni cihazlar və bağlantılı maşınlar üçün çox vacibdir. 5G həm də bir kvadrat metr ərazidə ən azı 10 dəfə daha çox cihazın bağlanmasını mümkün edir. Bu da əşyalar interneti konsepsiyasın icrasına təkan verəcək. Bu, texnoloji inqilabın əhəmiyyətli parçasıdır.”

Artıq bazarda bəzi 5G məhsulları mövcuddur, amma onların çalışması üçün lazım olan şəbəkə hələ işə düşməlidir.

Ekspertlər deyirlər ki, bizim həyatımız, bizim evimiz, maşınlarımız getdikcə daha çox şəbəkəyə bağlanırlar. Buna görə də, bizə sürətli İnternet lazım olacaq.

Bir neçə ABŞ şəhərində 5G imkanları mövcud olsa da, onların tam gücü ilə çalışması növbəti il və hətta 2020-ci ilə qədər mümkün olmayacaq.

Monakodan başqa, təəccüblü deyil ki, 5G bağlantılarını quraşdıran ilk ölkələr Cənubi Koreya, Çin, Yaponiya və Birləşmiş Ştatlar.

XS
SM
MD
LG