Accessibility links

G20 Ukraynada sülhə çağırıb, Rusiyanı aqressor adlandırmayıb


Dünya Bankının prezidenti Acay Banqa, Braziliya prezidenti Luiz İnasio Lula da Silva, Hindistan baş naziri Narendra Modi, Cənubi Afrika prezidenti Siril Ramafosa və ABŞ prezidenti Co Bayden.
Dünya Bankının prezidenti Acay Banqa, Braziliya prezidenti Luiz İnasio Lula da Silva, Hindistan baş naziri Narendra Modi, Cənubi Afrika prezidenti Siril Ramafosa və ABŞ prezidenti Co Bayden.

Ağ Ev şənbə günü bu il keçirilən İyirmilər qrupunun (G20) sammitini “uğurlu” adlandırıb və yekun komyunikedə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı “əhəmiyyətli paraqrafların” olduğunu deyib, baxmayaraq ki, həmin abzaslarda “Rusiya” sözü qeyd edilməyib və bu da Ukrayna hökumətinin sərt tənqidlərinə səbəb olub.

Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan Yeni Dehlidə keçirilən iclasın ilk günündə əldə olunan razılığı Hindistanın sədrliyi üçün “əhəmiyyətli bir mərhələ” və İyirmilər qrupunun bir sıra önəmli məsələləri həll etmək üçün bir araya gələ bildiklərinə dair etimad səsverməsi” kimi xarakterizə edib.

Sammit həmçinin iki əsas lider – Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Şi Tsinpinin iştirak etməməsi ilə diqqət çəkib. Hər iki prezident yüksək səviyyəli rəsmilər tərəfindən təmsil olunub.

“İyirmilər qrupunun bəyanatında Ukraynadakı müharibə ilə bağlı bir neçə mühüm abzas var,” Sallivan müxbirlərə deyib. “Və bizim perspektivimizdən ölkələrin ərazi əldə etmək üçün güc tətbiq edə bilməyəcəyi prinsipini müdafiə etmək baxımından çox yaxşı bir iş görür.”

29 səhifəlik komunyike ticarət, iqtisadi artım və inkişaf, iqlim dəyişikliyi, çoxtərəfli institutlarda islahat, texnologiya, vergi və gender bərabərliyi kimi məsələləri əhatə edir. Böyük və inkişaf etməkdə olan iqtisadiyyatlardan ibarət İyirmilər qrupunun liderləri həmin komyunikedə “Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhə” çağırış ediblər, ancaq Rusiyanı aqressor adlandırmayıblar. Qrup həmçinin nüvə silahlarından istifadənin “yolverilməz” olduğu üzərində razılaşıb.

“‘Rusiya’ və aqressiya’ sözlərini çıxarmaqlar, onlar cənab Putinə özünü xilas etmək jesti veriblər və indi onun özündən başqa bütün G20 üzvlərinin razılaşdığını şeyi yerinə yetirməklə qarşılıqlı cavab verib-verməyəcəyini gözləyəcəklər. Bu da bütün Ukraynadan geri çəkilməkdir,” Toronto Universitetində G-20 Araşdırma Qrupuna rəhbərlik edən Professor Con Kirton deyib.

Ukrayna xarici işlər nazirliyinin sözçüsü Oleq Nikolenko Facebook-da bildirib ki, “Ukrayna mətndə güclü ifadələr daxil etməyə çalışan tərəfdaşlarına minnətdardır.”

O həmçinin komyunikenin redaktə edilmiş versiyasını paylaşıb və “Vəziyyətə dair müxtəlif baxışlar və qiymətləndirmələr var idi” ifadəsini “G20 üzvləri Rusiyanın Ukraynaya qarşı aqressiya müharibəsini pisləyib, Moskvanı ona dərhal son qoymağa çağırıblar.”

Yeni Delhidə keçirilən sammitin başlanğıcında Hindistan baş naziri Narendra Modi konsesusa çağırıb.

“Bu gün İyirmilər qrupunun prezidenti olaraq Hindistan bütün dünyanı əvvəlcə bu qlobal güvən çatışmazlığını inama çevirməyə çağırır,” o deyib. “İndi hamımızın birlikdə hərəkət etmək vaxtıdır.”

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG