Accessibility links

G-20 liderləri xaricdə kömür zavodları üçün maliyyəni dayandırmağa söz veriblər


Böyük İyirmilərin liderləri Romada “əsrin ortalarınadək” karbon neytrallığına çatmaq üzərində işləməyə razılaşıblar və bu ilin sonunadək xaricdə kömür zavodlarının maliyyələşdirilməsinə son qoymağı vəd ediblər.

Yekun bildiriş bazar günü iki günlük sammitin sonunda və bu həftə Qlazqoda keçiriləcək BMT-nin iqlim dəyişikliyi sammiti COP26-dan öncə yayılıb.

Liderlər Romada 2015-ci ildə Paris İqlim Razılığında irəli sürülən qlobal istiliyi sənaye dövründən öncəki səviyyədən yüksək olan 2 faizdən aşağı tutmaq öhdəliyinə uyğun olaraq qlobal istiliyi 1.5 dərəcə selsi ilə məhdudlaşdırmaq məqsədinə çatmaq üçün səyləri müzakirə ediblər.

“Biz başa düşürük ki, 1.5 dərəcədə iqlim dəyişikliyinin təsirləri 2 dərəcədən daha azdır. 1.5 dərəcəni saxlamaq üçün bütün ölkə tərəflərdən mənalı və effektiv tədbirlər və öhdəliklər gərəklidir,” bildirişdə qeyd olunub.

Dünyadakı istixana qazı emissiyalarının üçdə biri 19 ölkədən ibarət bir qrup və Avropa İttifaqının payına düşür.

Bu ay 24 ölkə metan emissiyalarını 2030-cu ilədək 2020-ci ildəki səviyyəsindən 30 faiz azaltmaq üçün ABŞ və Aİ-nın başçılıq etdiyi təşəbbüsə qoşulub.

Lakin kömür daha böyük mübahisə doğuran bir məsələdir. G-20 üzvləri Çin və Hindistan ölkə daxilində kömür istehlakının mərhələli şəkildə azaldılması ilə bağlı bəyannamə imzalamaq cəhdlərinə müqavimət göstərib.

ABŞ administasiyasının yüksək vəzifəli rəsmisi sammitdən önxə müxbirlərə deyib ki, ABŞ Prezidenti Co Bayden və digər liderlər xaricdə kömürlə elektrik enerji istehsalının maliyyələşdirilməsinə son qoymaq öhdəliyi alacaqlarına ümid edirlər.

Zəngin ölkələrin inkişaf etməkdə olan ölkəkərin emissiayaları azaltmaq və iqlim dəyişikliynin təsirlərinin azaltmaq səylərini dəstəkləmək üçün illik 100 milyard dollar ianə vədləri isə bir başqa narahatlıq mənbəyidir. Dekabr ayından etibarən Boyük İyirmilərə sədrlik edəcək və böyük istixana qazı emissiyaları olan İndoneziya inkişaf etmiş ölkələri həm Roma həm də Qlazqoda maliyyə öhdəliklərini yerinə yetirməyə çağırır.

XS
SM
MD
LG