Accessibility links

Braziliya G-7 ölkələrinin Amazon meşələrində yanğınlar ilə mübarizəyə ayırdığı $22 milyon dollarlıq yardımı rədd edib


Braziliya G-7 ölkələrinin Amazon tropik meşələrində yanğınlarla mübarizə üçün təklif etdikləri yardımı rədd edib və bu pulların Avropada daha yaxşı istifadə oluna biləcəyini irəli sürüb.

Braziliya prezident aparatının rəhbəri Oniks Lorenzoni G1 xəbər vebsaytına bildirib ki, Braziliya təklifi yüksək qiymətləndirir, amma əlavə edib ki, “bəlkə bu pullar Avropada meşə salmaq üçün istifadə oluna bilər”.

Fransada keçirilən Böyük Yeddiliyin zirvə görüşündə dünya liderləri bazar ertəsi Cənubi Amerikada Amazon hövzəsi ölkələrinə dünyanın ən böyük tropik meşəsində baş vermiş yanğınlarla mübarizəyə kömək üçün 22 milyon dollar pul ayırıb.

Zirvə görüşünə ev sahibliyi edən Fransa prezidenti Emmanuel Makron və sammitə qonaq qismində qatılmış Çili prezidenti Sebastian Pinera qeyd ediblər ki, hazırda yanğının bürüdüyü meşələr karbon qazını udub, oksigei istehsal etməkdə roluna görə planetin "ağ ciyərləri" hesab edilir.

Makron Fransanın bir neçə saat ərzində bölgədəki yanğınlarla mübarizə məqsədilə hərbi dəstək göndərə biləcəyini bildirib.

Makron və Pinera G-7 ölkələrinin - ABŞ, İngiltərə, Almaniya, İtaliya, Yaponiya, Kanada və Fransanın - Afrikanın tropik meşələrində yanğınlarla mübarizə aparmaq üçün oxşar yardımın mümkünlüyünü araşdırğını bildiriblər.

Makron iqlim dəyişikliyinə şübhə ilə yanaşan Braziliya Prezidenti Jair Bolsonaronun Amazonda yanğınlar ilə mübarizə üçün ciddi addımlar atmazsa, Avropa İttifaqının Latın Amerikası ilə yeni bir ticarət razılaşmasının qarşısını alacağı ilə təhdid edib. Ətraf mühitin qorunması üçün beynəlxalq birliyin təzyiqi ilə Bolsonaro bazar günü yanğının qarşısını almağa kömək etmək üçün iki C-130 Hercules təyyarəsini göndərib.

Makron prezident Donald Trampın bazar ertəsi ətraf mühitlə bağlı G-7-nin iş sessiyasında iştirak etməməsinə baxmayaraq, ABŞ-ın Cənubi Amerika ölkələrinə edilən yardımı dəstəklədiyini söyləyib.

Bu il Amazon bölgəsini əhatə edən ərazilərdə 75 mindən çox yanğın qeydə alınıb, onların çoxu bu ay baş verib. Ekspertlər fermerləri və ranço sahiblərini əkinçilik üçün torpaqları təmizləmək məqsədilə yanğınları törətməkdə günahlandırdılar.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG