Accessibility links

G-7 nazirləri Rusiyanı Ukraynadan geri çəkilməyə çağırıb


Bazar ertəsi Böyük Yeddilər-in (G-7) xarici işlər nazirləri Ukraynanı dəstəkləmək, eyni zamanda "Rusiyaya qarşı sanksiyaları gücləndirmək, tam əlaqələndirmək və tətbiq etmək" öhdəliyini təsdiqləyib.

Yaponiyanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, Yaponiyada keçirilən görüşdə G-7 nazirləri "Rusiyanın Ukraynadan bütün qüvvə və texnikasını dərhal və qeyd-şərtsiz çıxarmalı olduğunu vurğulayıb".

Rusiyanın Ukraynadakı müharibəsinə həsr olunmuş iclasda Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa Rusiyaya qarşı sanksiyaların tətbiqində birliyin vacibliyini bildirib.

Rusiya prezidenti Vladimir Putinin keçən ay Rusiyanın Belarusa taktiki nüvə silahı yerləşdirəcəyini elan etməsindən sonra G-7 nazirləri bu addımı qınayaraq, "Rusiyanın məsuliyyətsiz nüvə ritorikasının qəbuledilməz olduğunu" bir daha təsdiqləyib.

Rusiya vaxtilə G-8-in üzvü olsa da, 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etdikdən sonra birlikdən çıxarılıb.

ABŞ Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi bazar ertəsi jurnalistlərə deyib ki, "Çinin dünya ictimaiyyəti və fərdi olaraq hamımızın qarşısında götürdüyü öhdəliyi - bu müharibədə Rusiyaya silah verməmək öhdəliyini yerinə yetirməsini təmin etməsində də birlik eyni fikirdədir."

Rəsmi bildirib ki, G-7 Ukraynanın uzunmüddətli təhlükəsizlik və iqtisadi investisiya ehtiyaclarını da müzakirə edib.

XS
SM
MD
LG