Accessibility links

Gallup: ABŞ rəhbərliyinə etimad azalmaqdadır


Son rəy sorğularına görə, dünyada ABŞ rəhbərliyinə etimad azalmaqdadır.

Yalnız 31 faiz Amerika rəhbərliyinin işini yüksək qiymətləndirib.

Gallup-ın keçirdiyi sorğuların nəticələri 18 xal itirən etimadın prezident Trampın hakimiyyətinin ikinci ili birinci ilə eyni səviyyədə olduğunu göstərir.

Respondentlərin Rusiya və Çin liderliyinə rəğbətinin artdığını da müəyyən edilib.

133 ölkə sakinlərinin iştirak etdiyi sorğunun nəticələrinə görə, Çinin etimad reytinqi 34, Rusiyanın isə 30 faizdir.

Rusiya və Çinin reytinin 10 ölkədə artdığı müşahidə edilib. Bu, ABŞ-ın reytinqinin düşdüyü Meksika və Türkiyə kimi ölkələrdə qeydə alınıb.

Almaniya rəhbərliyi 39 faizlə ABŞ-dan öndə gedir.

Gallup-ın 2007-ci ildən bəri keçirdiyi sorğularda respondentlər adətən digər ölkələrlə müqayisədə Amerikaya daha artıq qeyri-rəğbət nümayiş etdirir.

ABŞ-a etimad edilməməsi göstəricisi 40, Almaniyaya 22, Çinə 28, Rusiyaya isə 31 faiz təşkil edib.

Amerika imicinin dəyədən düşdüyü ölkələr əsasən Avropa ölkələridir.

ABŞ reytinqinin yüksək, Rusiyanın isə ən aşağı olduğu yeganə Avropa ölkəsi Kosovo olub.(Amerika 80 faiz, Rusiya 11 faiz).

Horveçdə ABŞ 12, İsveçrədə isə 13 faiz etimada malikdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG