Accessibility links

Gallup: Dünyada ABŞ liderliyinə dəstək artıb


Gallup-ın təxminən 50 ölkədə apardığı rəy sorğusuna görə, Prezident Co Baydenin administrasiyası ilk altı ayında ABŞ liderliyini yenidən geri qaytarıb.

ABŞ administrasiyası ilə bağlı rəy sorğularındakı yüksəliş 2020-ci ildə, Prezident Donald Trampın idarəçiliyinin son ilində Gallup-ın 108 ölkədə keçirdiyi sorğunun nəticələrinin rekord həddə, 30%-ə düşməsindən sonra baş verib.

Vaşinqton şəhərində yerləşən Gallup şirkəti 2021-ci il üçün məlumatlarının hələ tam olmadığını, lakin avqust ayının əvvəllərində 46 ölkədə keçirilən sorğuların nəticələrinin müəyyən olduğunu bildirib. Nəticələrə görə, ABŞ-ın liderliyinə verilən dəstək 49% təşkil edib.

Bu göstəricilərin yalnız 3 ölkədə aşağı düşdüyü müəyyən edilib.

Rusiyada ABŞ liderliyinə dəstək 18%-dən 13-ə, Serbiyada 20-dən 16-ya, Benində isə 54-dən 50%-ə enib.

Dəstək bir neçə Avropa ölkəsində 2020-ci illə müqayisədə cari il ərzində kəskin yüksəliş qeydə alınıb. Portuqaliyada bu göstərici 52%, Niderlandda 45%, İsveçdə isə 41%-dir.

Qonşu Kanadada ABŞ rəhbərliyinə dəstək 17-dən 55%-ə yüksəlib.

XS
SM
MD
LG