Accessibility links

Peyvəndlə bağlı tərəddüdlər COVID-19-a son qoyulmasını risk qarşısında qoyur


Yeni rəy sorğularının nəticələri dünya boyu peyvəndlə bağlı tərəddüdlərin COVID-19 pandemiyasına son qoyulmasını risk qarşısında qoyduğunu göstərir.

Rəy sorğularında iştirak edən 117 ölkədən 79-da peyvənd vurmağa hazır olduqlarını deyənlərin sayı 70% -dən aşağa olub və alimlərin bildirdiyinə görə, virusun dövranını dayandırmaq üçün bu, minimum faizdir.

Ekspertlər onu da qeyd edirlər ki, peyvəndlərin gətirilməsi ilə münasibətlər dəyişir və ölkələrin çoxu hələ kütləvi peyvəndə başlamayıb.

Gallup təşkilatı keçən ilin sonlarında 117 ölkənin hər birində təxminən 1000 nəfərlə əlaqə saxlayıb.

Məsələn, 61% Rusiyada, 56% Kosovoda, 55% Seneqalda olmaqla, 20 ölkədə keçirilən rəy sorğuları zamanı insanların əksəriyyəti peyvənd olunmayacaqlarını bildirib.

Ümumilikdə, rəy sorğusunun nəticələrinə əsasən, dünyada 7,6 milyard əhalının 1 milyarddan çoxu peyvənd olunmayacaq.

Səhiyyə rəsmiləri xəstəliyin yayılmasının ciddi şəkildə azaldılması üçün "kollektiv immunitet"in olmalı olduğunu deyir və kifayət qədər insanın peyvənd olunmasını istəyir.

Virus nə qədər çox dövran edirsə, təhlükəli yeni variantlara mutasiya etmək üçün daha çox fürsət yaranır və bu, peyvəndləri yararsız edə bilər.

Alimlər dünya əhalisinin "kollektiv immunitet"ə nə vaxt çatacağını dəqiq bilmir, lakin qorunma üçün ən çox istinad edilən rəqəm 70%-dən 90%-ə qədər göstərilir.

ABŞ peyvəndlərin tətbiqinə başlayandan sonra fikirlərin dəyişməsinə görə yaxşı bir nümunə hesab edilir.

Gallup təşkilatının keçən ilin avqust-oktyabr ayları arasında ABŞ-da keçirdiyi rəy sorğuları zamanı amerikalıların təxminən 46% -i peyvənd vurdurmayacağını demişdi.

Lakin Gallup-un mart ayında apardığı son sorğular bu rəqəmin 26% -ə düşdüyünü göstərib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG