Accessibility links

Gallup sorğusu: Türklərin az qala yarısı Amerika haqda mənfi rəydədir


Türkiyə sakinlərinin təxminən yarısı ABŞ haqda mənfi fikirdədir. Bu qənaət Gallup rəy sorğusu nəticəsində əldə olunub. Türklər ABŞ universitetlərinə və biznes imkanlarına yüksək, insan haqlarının qorunması yaxud beynəlxalq cinayətə qarşı mübarizədəki səylərinə isə mənfi qiymət verirlər.

Rəyi soruşulanların yalnız 12.4 faizi Amerika haqda “çox müsbət”, 29.8 faizi isə sadəcə “müsbət” fikirdə olduğunu bildirib. 33 faiz ABŞ haqda çox mənfi fikirdədir, 14 faiz isə ümumən mənfi rəy bəsləyir.

33 faiz ABŞ haqda çox mənfi fikirdədir, 14 faiz isə ümumən mənfi rəy bəsləyir.

Respondentlərin 12 faizi neytral cavab verib.

Rəy sorğusu ötən ilin may-iyun aylarında keçirilsə də, çərşənbə günü Prezident Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbətindən sonra açıqlanıb.

Türkiyə hökumət mənbələri xəbər veriri ki, liderlər telefon söhbətində İŞİD-ə qarşı mübarizədə əməkdaşlığı müzakirə ediblər.

Yaxın günlərdə Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) yeni rəhbəri Mayk Pompeonun Ankaraya səfəri gözlənilir.

Prezident Tramp çərşənbə günü Türkiyə lideri ilə telefonda danışıb
Prezident Tramp çərşənbə günü Türkiyə lideri ilə telefonda danışıb

Rəy sorğusu türklərin Rusiya haqda daha mənfi rəydə olduğunu göstərir. Belə ki, respondentlərin 44 faizi Rusiyaya “çox mənfi” münasibət bəslədiklərini deyiblər.

"Ölkə üçün hansı keyfiyyət mühümdür?" sualına cavabda türklər “insan haqlarının qorunmasını” (71.6%) başlıca amil kimi göstəriblər. Digər tərəfdən "siyasi azadlıqlara malik demokratiyanın" mövcudluğu (57.3%) türklərin axırıncı prioriteti olub.

XS
SM
MD
LG