Accessibility links

“Ozun sehrbazı” filmində Cudi Qarlandın ayaqqabılarının qorunması üçün kampaniya aparılır


Amerika Tarixi Milli Smitsonian Muzeyi 1939-cu ildə “Ozun sehrbazı” filmində çəkilən aktrisa Cudi Qarlandın geydiyi yaqut rəngli ayaqqabıların qorunması üçün kampaniya aparır.

Muzeyin eksponatlarından biri olan bu ayaqqabı artıq 30 ildir ki, ziyarətçilərin gözünü oxşayır. 80 il əvvəl MGM studiyasının dizayn departamentinin hazırladığı bu ayaqqabılar digər film əşyaları kimi ömürlük deyil.

Hazırda muzey ayaqqabıların restovrasiyası üçün vəsait toplayır. Smitsonian bir ay ərzində 300 min dollar toplayacağına ümid bəsləyir. Muzey kampaniyasının ilk iki günü ərzində 100 min dollardan artıq pul toplayıb.

Federal hökumət tərəfindən maliyyələşdirilən muzey bəzən büdcəsi çatmayan əşyalar üçün bu kimi kampaniyalar aparır. Bu, müzeyin ikinci bu növ kampaniyasıdır.

İlk dəfə Hava və Fəza muzeyi Neil Armstronqun Aya enərkən geydiyi skafandr üçün məqsəd qoyduğu 500 min dolları 5 gündə toplamışdı. Muzey 9477 dəstəkləyicidən bütövlükdə 719 min 779 dollar əldə etmişdi.

XS
SM
MD
LG