Accessibility links

Ərdoğanın Qahirəyə səfəri zamanı gündəmdə Qəzzanın olacağı gözlənilir


Ərdoğanın Qahirəyə səfəri zamanı gündəmdə Qəzzanın olacağı gözlənilir
please wait

No media source currently available

0:00 0:02:58 0:00

Ərdoğanın Qahirəyə səfəri zamanı gündəmdə Qəzzanın olacağı gözlənilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki regional güc arasında əlaqələrin yenidən qurulmasını qeyd etmək üçün on ildən artıq müddətdən sonra çərşənbə günü (14 fevral) Misirə səfər edir. İsrail-Həmas müharibəsinin gündəmin əsas mövzusu olacağı gözlənilir.

Prezident Rəcəb Tayyib Ərdoğanın çərşənbə günü Qahirədə misirli həmkarı Əbdülfəttah əl-Sissi ilə görüşdüyü zaman danışıqlarda İsrailin Rəfahda HƏMAS-a qarşı yaxınlaşan hərbi hücumunun və artan humanitar böhranın üstünlük təşkil edəcəyi gözlənilir.

“Zənnimcə, gündəmdəki əsas mövzu Rəfah olacaq. Mən düşünürəm ki, Ərdoğan həmçinin qəzzalılları daha çox yardımla təmin etməyin yollarını axtaracaq və misirlilərdən yardım istəyəcək,” Kadis Has Univeristetindən Soli Özer deyir.

Ərdoğanın Qahirəyə səfəri liderlər arasında illərlə davam edən antaqonizmə son qoymaq üçün aparılan intensiv diplomatik səylərin nəticəsidir. İkitərəfli münasibətlər Sissi Ərdoğanın yaxın müttəfiqi olan Məhəmməd Mursini çevrilişlə devirdikdən sonra soyuyub.

“Barışıq, Türkiyə prezidentinin Misirə rəsmi səfəri, orada görüşüz özü özlüyündə əhəmiyyətlidir. Və bəli, keçmişdə baş verənləri nəzərə aldıqda, aydındır ki, bu, həm Prezident Ərdoğan həm də Prezident Sissi tərəfindən böyük addımdır,” Soli Özer bildirir.

İllərdir Sissi əleyhinə olan müxalifət qrupları İstanbulda fəlaiyyət göstərir və bu da Türkiyə ilə Misir arasında gərginliyi daha da artırır. Analitiklər deyir ki, Ərdoğanın onların fəaliyyətini məhdudlaşdırmaq qərarı Qahirə ilə yaxınlaşmanı asanlaşdırıb.

Bütöv regionda siyasi islamdan ilhamlanan narartivlər açıq-aydındır ki, Misir hökuməti tərəfindən aşındırıcı hesab edilən bir şeydir. Bu, bölgədə yayımlanmaq baxımından İstanbulda həmişə yol tapıb, lakin Ərdoğan Qahirə ilə söhbəti çərçivəsində bu azadlıqları azalda bilib,” Kral Birləşmiş Xidmət İnstitutundan Cəlil Harçaui deyir.

Türkiyənin Yaxın Şərq və Afrikaya qoşun yerləşdirməsi də Qahirə ilə arasında gərginlik mövzusudur. Türkiyə və Misir Liviyadakı vətəndaş müharibəsində rəqib tərəfləri dəstəkləyirdi. Ancaq Ankara ərəb bölgəsində münasibətləri düzəltməyə çalışdığı bir vaxtda, analitiklər Ərdoğan və Sissi arasında danışıqların rəqabətdən çox əməkdaşlığa yönələcəyinə işarə edirlər.

“Məncə hər iki tərəf dərk edir ki, irəliyə doğru ən yaxşı yol əməkdaşlıq və müzakirə etməkdir və Türkiyə də dərk edib ki, Yaxın Şərqdə iqtisadi tərəfdaşları olmadan, irəliyə doğru gedə bilməz,” təhlükəsizlik üzrə analitik Aya Burveila deyir.

Türkiyə xarici işlər naziri Hakan Fidan bu ay Liviyaya səfəri zamanı Liviyanın uzun-müddətli gələcəyini təmin etməkdə Ərdoğanın Qahirədəki görüşlərinin vacibliyini vurğulayıb.

Bundan əlavə Türkiyə və Misir liderləri arasındakı danışıqlarda regiondakı eneri mənbələrinin inkişafının da gündəmdə olacağı gözlənilir. Müşahidəçilər bu danışıqların yeni əməkdaşlıq dövrünün başlanğıcı olacağını deyir.

Forum

XS
SM
MD
LG