Accessibility links

İsrailin Qəzza şəhərinə qarşı hava hücumlarında 33 nəfər ölüb


Qəzzanın Səhiyyə Nazirliyinin bildirdiyinə görə, mayın 16-da İsrailin Qəzza şəhərinə qarşı hava hücumlarında 33 nəfər ölüb. Bu, İsrail və Həmas arasında keçən həftədən bşlayan döyüşlərdən bəri ən ölümcül zərbədir.

İsrail döyüşlərin yeddinci günü Həmasın Qəzza lideri Yəhya Əl-Sinvarın evini bombalayıb. Sinvarın evdə olub-oldmadığı məlum deyil.

Associated Press-in məlumatında bildirilib ki, "lider çox ehtimal qrupun yuxarı eşelonunun qalan hissəsi ilə birlikdə gizlənib".

İsrailin fələstinli silahlılara qarşı hava və artilleriya hücumları "lazım olduğu qədər davam edəcək" deyə, İsrail Baş naziri Benyamin Netanyahu şənbə günü bildirib.

Şənbə günü fələstinlilər 1948-ci ildə Fələstinin dağıdılması və İsrailin yaranmasını qeyd edən Nəkbə və ya “Fəlakət günü”nü qeyd etdiyi zaman gərginlik daha da artıb.

BMT-nin Təhlükəsizlik Şurası məsələni müzakirə etmək üçün bazar günü iclas keçirməlidir.

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild deyib ki, Birləşmiş Ştatlar gərginliyi azaltmaq üçün ən yük səviyyədə diplomatiya aparacaq.

İsrailin Vaşinqtondakı səfirliyinin sözçüsü Elad Strohmayer Amerikanın Səsinin Fars xidmətinə müsahibəsində bildirib ki, İsrailin BMT-dəki səfiri Gilad Erdan Təhlükəsizlik Şurasının iclasında İsrailin Həmasla döyüşlərdə mülki vətəndaşlar arasında tələfatları minimumda tutmağa çalışdığını söyləyəcək.

XS
SM
MD
LG