Accessibility links

Yaponiya imperatoru taxtını təhvil verdi


Yaponiya İmperatoru Akihito taxtını böyük oğluna verib.

Çərşənbə axşamı Tokioda imperator sarayından etdiyi son müraciətində Akihito 30 illik imperatorluğu dövründə ona gəstərdikləri dəstəyə görə yapon xalqına minnətdarlığını bildirib.

Akihito vəzifəsini xalqına tam inamla yerinə yetirdiyinə görə özünü xoşbəxt hiss etdiyini deyib.

Varis şahzadə Naruhito Akihitonun hakimiyyəti gecə yarısı sona çatdıqdan sonra yeni imperator olub.

Şöhrətli Akihito hakimiyyətdən getmə planını ilk dəfə 2016-cı ildə elan edib. O, yaşı və səhhətinin vəzifəsini icra etməkdə ona çətinlik yaratdığını səbəb gətirib.

Akihito
Akihito

Bundan əvvəl taxtından imtina edən Yaponiya imperatoru Kokaku olub. Kokaku 1817-ci ildə taxtdan gedib.

Yaponiyada qanun imperatorların siyasi həyatda iştirakını qadağan edir. Onlar yalnız dövlətin və xalqın simvolu hesab edilir.

Beləlikə, Yaponiyada son əsr ərzində ikinci era başlamış olacaq. Mayın 1-də yeni era start götürəcək. Yaponiya dünyada Çin köklü Reyva erasından istifadə edən yeganə ölkədir.

İmperator Akihitonun erası Heysey, tərcümədə "sülh hər yerdə üstünlük təşkil edir" və ya "sülhə nail olmaq" demək idi. Bu, 30 illik dönəm Yaponiyanın gündəlik həyatına təsirsiz olmayıb.

Hazırkı eranın başa çatması ilə ölkə gələcək illərə ümidlə baxır. Yeni eranın adı xüsusi panel tərəfindən irəli sürülüən adlar siyahısından seçilib.

Reyva erası ənənəvi ad qaydalarına əsasən seçilir və burada iki mühüm obraz və ya kanci nəzərdə tutulur. Bu ad asan oxunub və yazılmalı və adi sözlərlə heç bir əlaqəsi olmamalıdır.

(Solda) İmperatorlar-Naruhito, Akihito və Hirohito
(Solda) İmperatorlar-Naruhito, Akihito və Hirohito

Qoşalaşmış simvollar fərman, və ya əmrlər deyil; harmoniya, sülh və sükunəti təcəssüm etdirir.

Yaponiyanın baş naziri Şinzo Abe Reyvanın biri-birinin qayğısına qalan insanlar tərəfindən yaradıldığını deyib.

Abe yeni eranın adı seçilərkən onun bu era qarşısındakı öhdəliyi ümidlə dolu olacağını deyib.

Reyva sözü 8-ci əsrdə yazılan və 20 kitabda yer alan 4500 şeir sözləri arasından seçilib.

Naruhito 1960-cı ilin fevral ayının 23-də anadan olub. Yaponiyada tarix üzrə elmi dərəcə aldıqdan sonra o, Oksford universitetində iki il təhsil alıb.

İmperator Akihito ölümündən sonra Şova kimi tanınan atası Hirohitonun vəfatından sonra 1989-cu ilin yanvar ayının 8-də taxta sahib olub.

XS
SM
MD
LG