Accessibility links

Meksikanın gələcək prezidenti mühafizəkarlardan imtina edir


Meksikanın gələcək prezidenti bildirib ki, vəzifəsinin icrasına başlayacağı dekabr ayından etibarən onu yalnız silahsız 10 nəfər kişi və 10 nəfər qadın mühafizəkar qoruyacaq.

Bu haqda Andres Manuel Lopez dekabrın birində gerçəkləşəcək hakimiyyət keçidi ilə bağlı hazırkı prezident Enrique Pena Nieto ilə cümə axşamı baş tutan görüşü zamanı jurnalistlərə bildirib.

Lopez Obrador bildirib ki, 20 nəfərlik təhlükəsizlik heyəti mühafizəçidən bir vasitəçi rolunu oynayacaq. Gələcək prezident ölkənin ən sadə vətəndaşından tutmuş əsgərinə qədər bütün meksikalılar tərəfindən mühafizə olunacağına inandığını qeyd edib.

Müqayisə üçün hazırkı prezident Pena Nieto 2000 nəfərlik silahlı mühafizə dəstəsi tərəfindən qorunur.

Təhlükəsizlik rəsmiləri 100 nəfərdən çox siyasətçinin öldürülməsi ilə müşahidə olunan 1 iyul seçkilərini Meksika tarixinin ən ölümcül siyasi mövsümü adlandıraraq gələcək prezidentin məsələyə bu cür yanaşmasından narahat olduqlarını ifadə ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG