Accessibility links

Xərçəngi araşdıran gənc alim [Video]


Stefen Lit 12 yaşlı digər amerikalı oğlanlardan fərqlənmir. Onun, idman məşğələləri, musiqi dərsləri və ev tapşırıqları ilə bol qrafiki var. Amma dərsdən kənar məşğuliyyətləri tennis və nəfəs aləti ilə kifayətlənmir.

Birinci sinifdə olanda, Stefen, elm sərgilərində iştirak etməyə başlayıb. Altıncı sinfə çatanda isə, o, bu işlə daha ciddi məşğul olmağa hazır idi.

“Həmin günün sonu maşına minəndə, atama dedim ki, mən sərgi üçün malyariya ilə bağlı layihə üzərində işləmək istəyirəm. Atam arxaya çevrilərək, mənə baxıb, bunun çox təhlükəli olduğunu söylədi. Sonra öz-özümə düşündüm ki, bəs xərçəng mövzusu necə? Bu maraqlı mövzudur və mənim xərçəng xəstələri olan tanışlarım var. Düşündüm ki, bunu etmək üçün həvəsim var və etəməli olduğum layihəm var. İndi isə nə edəcəyimi müəyyən edim.”

Setefen xərçəngi ev şəraitində stimulasiya edəcək bir şey axtarırdı. Araşdırması nəticəsində o, xüsusi növ qurdlar və yaşıl çayda tapılan, xərçəng hüceyrələrin azaldılması üçün istifadə edilən maddənin mövcudluğunu öyrənir.

Bu qurdlar amputasiya edilmiş hissələrini yenidən inkişaf etdirə bilirlər. Stefen müəyyən etdi ki, qurdları həmin mayedə salanda, bədən hissələrinin yenidən inkişafı prosesi zəifləyir.

“İlk layihəm çox uğurlu alındı və qərar verdim ki, qurdlara xərçəng hüceyrələri əlavə edib, sınaqdan keçirim.”

Və ikinci layihəsində, xərçəng hüceyrələri əlavə edilmiş qurdlarda zərərli hüceyrələrin inkişafı getmədi.

Stefenin işi medianın diqqətini cəlb etdi. Amma o, artıq layihəsinin üçüncü mərhələsi haqqında düşünürdü. Bunun üçün onun peşəkar laboratoriyaya ehtiyacı var idi.

“Onun insan hüceyrələri üzərində sınaq keçirə biləcəyi və ya xərçəng hüceyrələrini araşdıra biləcəyi xüsusi inkubatora ehtiyacı var.”

Stefen və onun valideynləri Vaşinqtonda yerləşən Milli Xərçəng İnstitutuna baş çəkdilər. Burada, araşdırmaçı Stenli Lipkovitz Stefenə öz işini təqdim etməyə və institutun işi ilə tanış olmağı təklif etdi.

“İnsanlara yol göstərmək çox vacibdir. İnsanlarda elmə olan həvəslərini saxlamaq çox vacibdir. Düşünürəm ki, bu bizim gördüyümüz əhəmiyyətli işlərdən biridir.

O, Stefeni araşdırmasını davam etdirməyə çağırdı.

“Əsas məsələ bu araşdırmanı daha da irəli apararaq, insanlara oxşar sistemlərdə test etmək və xərçəngin qarşısını almaq üçün sınaqdan keçirməkdir.”

“Mən əvvəlkindən daha çox həvəsliyəm. İndi hiss edirəm ki, böyük işlər görmək gücündəyəm və bilirəm ki, bunu edə biləcəm.”

Doktor Lipkovitzin məsləhəti və bəzi yeni fikirləri ilə Stefen araşdırmasını genişləndirəcək və növbəti elm sərgisidə layihəsini yeni mərhələsinin nəticələrini təqdim edəcək.

XS
SM
MD
LG