Accessibility links

Bayram Məmmədov: Həbslər bizi qorxutmur


"Bilirsiniz bu hadisələr mənə qarşı davam edir. 2016-ci ildən bu hadisələrlə rastlaşıram. Artıq mənə qarşı işgəncə verilməsi adi normal hal şəklini alıb. İşgəncələr var, davam eləməkdədir.”

Bu barədə 30 sutkalıq inzibati həbsdən sonra aprelin 29-da azadlığa çıxan bloger Bayram Məmmədov Amerikanın Səsinə müsahibəsində deyib.

"Konkret olaraq başınıza nə gəlib?" - sualına cavab olaraq Bayram Məmmədov kamera qarşısında çıxıb cəmiyyətə başına gələn işgəncələr haqqında danışmağın əleyhinə olduğunu bildirib.

“Bu mənim prinsiplərimə ziddir. Bu gün biz vətəndaş hərəkatı olaraq, xalq olaraq hələ təzə siyasiləşməyə başlamışıq. Bizim siyasi fikirlərimiz bu gün təzə formalaşır. Fikirləşirəm ki, çıxıb kamera qarşısında işgəncələrdən danışmaq düzgün strategiya olmaz. Çünki hərəkata təzə qoşulmağa başlayan xalq kütlələrini qorxuda bilərik. İnsanlar uzaqlaşır meydandan, hərəkatdan. Mən də bunun əleyhinəyəm. İndi ola bilər kimsə əks arqument gətirsin ki, bəs həqiqətlərin dünya mediasına çatdırılması... Hansısa beynəlxalq təşkilatlar və s. Mən onu bilirəm ki, həmin o beynəlxalq təşkilatlar, qərb diplomatları bu hadisəni bizim özümüzdən daha yaxşı bilir. İnsan haqları, beynəlxalq konvensiyalar, fundamental azadlıqlar, bunlar, sadəcə mənə görə alqı-satqı predmeti olaraq qalır,” o bildirib.Kürdəxanı təcridxanası (1 saylı bakı İstintaq Təcridxanası) ilə bağlı xatirələrə gəldkdə Bayram Məmmədov bildirib ki, təcridxana onun üçün doğmalaşıb.

“Xatirə olaraq, həbsxanada olanlar həbsxanada qaldı. ”

Bayram Məmmədov həmçinin iki əvvəl bloger Mehman Qələndərovun özünəqəsd etməsi ilə bağlı yayılan məlumatlarla bağlı fikrini bölüşüb.

“Mehman həbs olnarkən mən Kürdəxanı həbsxanasında idim. Mehmanın ölüm hadisəsi baş verəndə səhv etmirəmsə, mən, cəzaçəkmə müəssisəsinə göndərilmişdim. Sadəcə olaraq onun həbs olunması ilə bağlı məlumatlar var idi məndə. İlk eşidəndə çox böyük təsir elədi mənə. Necə təsir elədi? Müsbət təsir etdi, təkbaşına aksiyası, sonra onun facebookda post paylaşması ki, gedirəm Qiyasın, Bayramın elədiyi hərəkəti eləməyə. Çox gözəl hiss aşıladı. Düşünürsən ki, cəmiyyət mübarizəni davam elətdirir. Amma cəzaçəkmə müəssisəsinə eşidəndə ki, intihar edibdir və yaxud intihar etmiş kimi bir gürüntü yaradılıbdır. Şəxsən mənə çox pis təsir elədi. Hardasa onun ölümündə məsuliyyət hiss edirəm ki, bizim günahımız var, cəmiyyətin aktiv kəsimin günahı var. Çünki adamı müdafiəsiz buraxdıq.”

"Cəmiyyətə bir sözünüz varmı?" sualına cavab olaraq bloger cəmiyyətə sözüm olar ki, nə qədər ki, biz susacağıq, səssiz qalacayıq, gözümüzün qabağında baş verən hadisələrə göz yumacağıq, bu gün, bu, hadisələr davam edəcək. Növbəti şəxslərin qəbri üzərində, mən istəməzdim, gəlib bu sözləri danışaq .Aktiv olmalıyıq. Öz siyasi əqidəmizi ortaya qoymalıyıq. Bir sözlə mübarizəni davam etdirməliyik. İşgəncələr olacaq, yəni açıq deyirəm həbslər olacaq. Lakin biz mübarizə aparırıqsa, biz, bilə-bilə gəlmişik və işgəncələr, həbslər bunlar bizi qorxutmayacaq. Bu gün mən çıxmışam.Yenə deyirəm ki, mübarizəni yenə davam etdirirəm. Ola bilsin yenə həbs olundum. Başıma işgəncələr gələcək. Amma bunlar məni qorxutmur. Mənim prinsipiallığımı daha da artırır," o Amerikanın Səsinə müsahibəsində bildirib.

****

Keçmiş siyasi məhbus Bayram Məmmədovun inzibati həbs müddəti aprelin 29-da başa çatıb və o azadlığa buraxılıb.

Bu barədə məlumatı Bayram Məmmədov mediayaya deyib.

İnzibati cəzanın ilk günlərində təcridxanada müəyyən problemlər olduğunu deyən Bayra Məmmədov sonra hər şeyin tədricən öz yerini aldığını bildirib.

"Yəni, apellyasiya məhkəməsində dediklərimi media yayıb. Ondan sonra sakitlik oldu. Mən cəza müddətini başa vurana kimi. Yəni, sonra elə bir ciddi problemlə üzləşmədim", - Bayram Məmmədov bildirib.

Bayram Məmmədov deyib ki, hazırda əqidə dostları ilə 14 il əvvəl qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun məzarını ziyarətə gedir.

O inzibati Xətalar Məcəlləsinin 535.1 maddəsilə - polisə müqavimətdə təqsirli bilinərək martın 30-da 30 sutka inzibati həbs cəzası almışdı.

NİDA Hərəkatının üzvü Bayram Məmmədov əfv edildikdən iki həftə sonra yenidən saxlanılıb və itaətsizlik ittihamı ilə 30 sutka həbs olunub.

Gənc fəal ittihamı qəbul etmirdi. Verdiyi apellyasiya şikayəti ilə bağlı keçirilən prosesdə saxlandıqdan sonra işgəncəyə məruz qaldığını açıqlamışdı.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə onun işgəncə ilə bağlı dediklərini təkzib etmişdilər.

Bayram Məmmədov bundan öncə digər gənc fəal Qiyas İbrahimovla birgə 2016-cı il mayın 10-da saxlanılıb.

Rəsmi qurumlar onları narkotikdə ittiham edib. Məhkəmə qanunsuz narkotik maddəsinin dövriyyəsi ittihamını təsdiqləyib, onların hər birini 10 il azadlıqdan məhrum etmişdi.

Amma gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onlar keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə "Qul bayramınız mübarək!" şüarı yazdıqlarına görə həbs edildiklərini bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG