Accessibility links

Terror qurbanlarını anan 3 gənc həbs edilib


Azərbaycanda terror qurbanlarının xatirəsi yad edilib
Azərbaycanda terror qurbanlarının xatirəsi yad edilib

Gənc fəallar ADNA-da teror qurbanlarını yad edib

Dünən Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) kütləvi qətl qurbanlarının anım mərasimində iştirak edən gənc fəallardan üçü inzibati həbsə məruz qalıb.

Aprelin 30-da axşam Nəsimi Rayon Məhkəməsi AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlını, NİDA hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbəri və “Azad Gənclik” hərəkatının fəalı İlkin Rüstəmzadəni inzibati qaydada 10 sutka həbs edib.
Onlar bundan əvvəl də razılaşdırılmamış etiraz aksiyalarında iştiraka görə inzibati həbslərə və cərimələrə məruz qalıblar.

Xatırladaq ki, polis aprelin 30-da gənclərin Neft Akademiyasının qarşısında anım aksiyası keçirməsinə imkan verməyib.

Bununla belə, 50-ə yaxın gənc dəniz kənarında Milli Parkda yürüş edərək aprelin 30-da türkiyəli pop ulduzu Mustafa Cecelinin konsertinin planlaşdırıldığı yerə çiçək dəstələri qoyublar. Beləliklə onlar Neft Akademiyasında baş vermiş faciənin növbəti ildönümü günündə konsertin keçirilməsinə etiraz bildiriblər.

2009-cu il aprelin 30-da əslən Gürcüstandan olan Fərda Qədirov ADNA-nın binasına daxil olaraq tapançadan açdığı atəşlə 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb. Sonra özünü güllələyib. İş üzrə F.Qədirovun 4 həmyerlisi – üç nəfər ömürlük, 1 nəfər 11 il azadlıqdan məhrum edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG