Accessibility links

Gəncədə icra hakimiyyəti başçısı və polis əməkdaşları döyülüb


Etiraz aksiyası
Etiraz aksiyası

Dekabrın 10-da Gəncənin Avtozavod qəsəbəsi (Bakıdan 365 kilometr qərb) adlanan ərazisində Nizami rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq həmin qəsəbədə yaşayan Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstərib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə cəhdin qarşısı alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı, orada olan rayon icra hakimiyyətinin başçısı və müavini xəsarət alıb, habelə Gəncə Şəhər Baş Polis İdarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələri sındırılıb.

Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib və ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi başlanıb.

XS
SM
MD
LG