Accessibility links

Azərbaycan, Türkiyə, Gürcüstan xarici işlər nazirləri görüşür


Azərbaycan-Gürcüstan-Türkiyə
Azərbaycan-Gürcüstan-Türkiyə

Görüş Gəncədə keçirilir

Fevralın 19-da Gəncə şəhərində (Bakıdan 360 kilometr qərb) Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstan xarici işlər naziri Maya Pancikidze və Türkiyə xarici işlər naziri Əhməd Davutoğlunun iştirakı ilə üçtərəfli görüş başlayıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Görüşdə ölkələr arasındakı münasibətlər və regional əməkdaşlıq məsələləri müzakirə edilir.

Bu gün nazirlər həmçinin Gəncədə Gürcüstanın yeni konsulluğunun açılışında iştirak edəcək.

Nazirlərin üçtərəfli formatda görüşü 2012-ci ildə başlayıb. İlk görüş Türkiyənin Trabzon şəhərində, 2013-cü ildə Gürcüstanın Batumi şəhərində olub.
XS
SM
MD
LG