Accessibility links

Nərmin Rəhimli: “Eyni ideyadan ilk dəfə 2006-cı ildə Argentinada seçki reklamında istifadə edilib” [Video & Audio]


Alim Qasımov və İlqar Muradov
Alim Qasımov və İlqar Muradov

Müsbət Dəyişiklik Gənclər Hərəkatının idarə heyətinin üzvü “Qadınlara qarşı zorakılığa yox” videosunun detalları haqda danışır

Dekabrın 10-da Müsbət Dəyişiklik Gənclər Hərəkatı (MDGH) Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Qadınlara qarşı zorakılığa yox” adlı video-çarx açıqlayıb. Qısa video-çarx qeyri-adi sujet xətti ilə internet istifadəçilərinin diqqətini cəlb edib.

Video barədə Amerikanın Səsinə müsahibə verən Müsbət Dəyişiklik Gənclər Hərəkatının idarə heyətinin üzvü Nərmin Rəhimli bildirib ki, Briyaniya Xarici İşlər Nazirliyi noyabrın 25-dən dekabrın 10-dək gender zorakılığına qarşı 16 günlük ictimai kampaniyaya başlayıb və bu video da kampaniya çərçivəsində baş tutub.

Nərmin Rəhimlinin "Qadınlara qarşı zorakılığa yox" videosunun detalları barədə müsahibəsi
please wait

No media source currently available

0:00 0:06:00 0:00

Onun sözlərinə görə, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bir neçə təklif içərisindən MDGH-ın ideyasına yaşıl işıq yandırıb: “Azərbaycanda cəmiyyətdə öz sahələrində tanınmış kişilərin qadın zorakılığı əleyhinə mesajlar verməsi daha çox təsirli olardı. Cəmiyyətdəki stereotipləri qırmaq üçün elə milli elementlərdən istifadə edərək tanınmış kişilərdən qısa mesajlar verməyə çalışdıq.”

Videoda əvvəlcə kişilər qadın zorakılığına haqq qazandırırmış kimi görünsə də, mesajlar geriyə doğru deyildikdə mənalarını tam dəyişərək gender zorakılığına qarşı çağırışa çevrilir.



Nərmin Rəhimli deyir ki, bu ideya ilk dəfə 2006-ci ildə Argentinada prezidentliyə namizədlərdən biri Lopez Mörfinin seçki reklamında istifadə edilib və bu reklam Kan Festivalında gümüş medala layiq görülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG