Accessibility links

Gender bərabərliyi mükafatının Azərbaycandakı qalibi açıqlanıb


Fransa və Almaniyanın Azərbaycandakı səfirlikləri “Azərbaycanda gender bərabərliyi üzrə fransız-alman mükafatı” müsabiqəsinin qalibini elan edib.

Təqdimatda Fransanın Azərbaycandakı səfiri Zakari Qross, Almaniyanın Azərbaycandakı səfirinin müavini Andrea Maria Sühl çıxış edib.

Fransanın Azərbaycandakı səfiri deyib ki, ailə daxili şiddətə, gender bərabərliyi ilə bağlı stereotiplərə qarşı mübarizə aparmaq vacibdir. Onun fikrincə, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan qadınlarını dəyişiklik və cəmiyyətdə aktiv iştirak üçün cəsarətləndirməkdir.

Daha sonra çıxış edən Almaniyanın Azərbaycandakı səfirinin müavini Andrea Maria Sühl bildirib ki, qadınların bərabər imkanları olmalıdır:

“Onların təhlükəsizliyi təmin edilməli, əmək bazarına çıxışı olmalı, bərabər əməkhaqqı verilməlidir. Biz ailədaxili şiddətə qarşı mübarizə aparmalıyıq. Hər yerdə qadınların cəmiyyətdəki yeri və rolu gücləndirilməlidir. Gender bərabərliyi davamlı səylər tələb edir.”

Tədbirin sonunda Fransız-Alman gender bərabərliyi müsabiqəsində birinci yerin qalibi Elm Sektorundakı Azərbaycan Qadınları Assosiasiyasının (AWIS) təsisçisi Günel Ağabəyli elan edilib.

Şərhlərə bax

XS
SM
MD
LG