Accessibility links

ABŞ səfirliyi insanları gender əsaslı zoraklığa yox deməyə səsləyir [Video]


Azərbaycanda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyası keçirilir

Dünyada hər üç qadın və ya qızdan ən azı biri həyatları boyu şiddət və ya zorakılığa məruz qalır.

Noyabrın 25-dən dekabrın 10-dək ABŞ-ın Azərbaycandakı səfirliyi gender əsaslı zorakılıq barədə məlumatlılığın artırılmasında bütün dünyanın aktivistlərinə qoşulur.

ABŞ-ın Azərbaycandakı Səfirliyi ölkə vətəndaşlarını Azərbaycanda keçirilən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyasına qoşulmağa cə gender əsaslı zorakılığa yox deməyə çağırır.

Səfirlik Facebook səhifəsində aktrisa və aktivist Rand Jarallahın iştirakı ilə video çarxı təqdim edir. Aktrisa öz üzünü nümunə kimi istifadə edərək? dünyada ən çox yayılmış insan haqları pozuntularından biri olan qadınlara qarşı zorakılığın dəhşətlərini göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG