Accessibility links

Çikaqo avto-şousunda SUV-lər parlayır


Çikaqo avto-şousunda SUV-lər parlayır
please wait

No media source currently available

0:00 0:02:25 0:00

Şimali Amerikanın ən böyük və uzun zamandır avto-şoular keçirdiyi Çikaqonun “McCormick" konvensiya mərkəzində bu il keçirilən sərgidə nümayiş etdirilən avtomobillərdə böyük dəyişikliklər görmək olur.

Hər il keçirilən Çikaqo Avtomobil Şousu media üçün xüsusi mövzu, avtomobil istehsalçıları üçünsə istehsal etdikləri yeni və ən yaxşı məhsulllarını bazara çıxarmazdan əvvəl nümayiş etdirmək şansı deməkdir. Lakin builki sərgidə diqqəti bəzi avtomobil istehsalçılarının yeni avtomobillər təqdim etməməsi çəkib. Co Hinriks: “On ildən artıqdır Birləşmiş Ştatlarda və dünyada, hətta daha çox Amerikada müştərilərin sedanlardan və ənənəvi kiçik salonlu avtomobillərdən daha iri avtomobillərə üstünlük verdikləri müşahidə olunur.”

Co Hinriks "Ford Motor" şirkətlərnin Qlobal Əməliyyatlar prezidentidir. “Bu gün Birləşmiş Ştatlar bazarında satılan 10 maşından 7-si yük maşını və ya SUV-dir. İnsanlar hündürlükdə sürməyi, hündür oturacağı, geniş maşınları sevir və buna görə də biz onlara yanacaqda da effektiv olan avtomobillər veririk.”

Ford müştərilərə yeni seçimlər verdiyi bir vaxt, şirkət bu il “Focus”, “Fiesta, “Fusion” modellərinin istehsalını dayandıracaq. "Chevrolet" şirkətinin marketinq üzrə direktoru Stiv Macoros: “Yığcam SUV-nin yeni ailə avtomibili olub-olmadığı barədə çox mübahisələr oldu və nəhayət, hə dedik.”

General Motorsun “Chevrolet Volt” markalı maşını indiyədək ən çox sərgilənən maşınlar sırasında idi. Lakin zəif satış rəqəmləri GM-i Voltların istehsalını dayandırmağa vadar edib. “Volt bizim son 20 ildə ən yaxşı satılan məhsulumuz idi. Lakin son zamanlar insanların elektrik avtomobillərə olan tələbatı və qiymətlərə münasibəti “Volt”un gələcəyə, elektikə doğru addım atmasının vaxtının gəldiyinə işarə oldu” - deyə, Stiv Macoros bildirir.

Chevrolet “Bolt” adlı bənzər avtomobil istehsal etməyi planlaşdırır. “Bolt” tam elektriklə işləyən və orta “Malibu” ölçülü avtomobildır. “Biz öz avtomobil bazarımızı tamamilə tərk etmirik. Biz portfoliomuzu dəyişirik. Biz müştərilərin tələbatına cavab vermək istəyirik.”

Onların genişləndirmək istədikləri SUV və yük maşınları bazarıdır. 2018-ci ildə satılan 17 milyon maşının 70 faizini bu cür avtomobillər təşkil edib. Trendin 2019-cu ildə də davam edəcəyi gözlənilir.

XS
SM
MD
LG