Accessibility links

General Motors ABŞ və Kanadada beş zavodundan 14 min işçisini çıxaracağını elan edib


ABŞ prezidenti Donald Tramp Meksika və Kanada ilə yeni ticarət razılığının ABŞ-ın istehsalat iş yerlərinin xaricə köçməsi məsələsini ünvanlamasını təkid edir.

Trampın müzakirələri Amerikanın nəhəng avtomobil istehsalçısı olan General Motorsun ABŞ və Kanadada beş zavodundan 14 min işçisini çıxaracağını elan etməsi ilə eyni vaxta təsadüf edir.

General Motors qərarını istehlakçıların sedan tipli avtomobillərdən daha çox böyük sport tipli və elektrik avtomobillərə üstünlük verən iqtisadi trendlərlə izah edir.

Lakin Ohayonun Lordstaun şəhərində dolanışıqları GM zavodlarındakı iş yerlərindən asılı olan işçilər bu dəyişikliyi anlamaqda çətinlik çəkir.

Lordstaun şəhərindəki zavodlarda istehsal edilən Chevy Cruze avtomobilləri şirkətin gəlirli olmadığı hesab edilən sedan avtomobillərdəndir.

Lordstaun zavodu ölkənin mərkəzində yerləşir və 80 nömrəli mühüm ştatlararası avtomobil maqistral yoluna yaxındır.

XS
SM
MD
LG