Avtomobil Şirkətləri İşçilərinin Birləşmiş Həmkarlar İttifaqının üzvləri tərəflər yeni müqavilə şərtləri ilə bağlı razılığa gəlmədiklərinə görə bazar ertəsi tətilə başlayıb.
Danışıqların bazar ertəsi bərpa ediləcəyinə baxmayaraq, doqquz ştatda təxminən 50 min işçisi olan avtomobil və avtomobil hissələri istehsal edən zavodlar bağlı olacaq.
Həmkarlar Birliyinin vitse-prezidenti Terri Dittes tətil qərarının son çarə olduğunu, lakin zəruri olduğunu deyib. Həmkarlar İttifaqı əmək haqlarının yüksəldilməsi, səhiyyə xidmətləri və təhlükəsizliyin təmin edilməsi və gəlirlərin paylaşılmasında dəyişikliklər tələb edir.
General Motors şirkəti maaşların yüksəldilməsi, gəlirlərin paylaşılmasında dəyişikliklər edilməsi və səhiyyə xidmətlərinin təmin edilməsi, eləcə də istehsal müəssisələrinə daha çox iş yerlərinin yaradılmasına gətirib çıxaracaq milyardlarla dollar sərmayə qoymağı vəd etdiyini bildirib.
Avtomobil Şirkətləri İşçilərinin Birləşmiş Həmkarlar İttifaqı sonuncu dəfə General Motors-a qarşı tətili 2007-ci ildə keçirmişdi.
Həmkarlar Birliyinin Ford və Fiat Chrysler şirklətləri ilə də müqavilələri sona çatmaq üzrə idi, lakin müddətsiz uzadıldı. General Motors-la əldə ediləcək hər hansı razılıq digər şirkətlərlə danışıqlarda nümunə rolunu oynayacaq.