Accessibility links

ABŞ-ın yüksək rütbəli hərbiçisi məxfi məlumatın mətbuata sızmasında təqsirləndirilir


Bir zamanlar ikinci ən yüksək rütbəli hərbi zabit olmuş və hazırda istefada olan ABŞ Hərbi Dəniz Donanmasının generalı təhqiqatçılara məxfi məlumatın sızmasına dair yalan ifadə verdiyinə görə ittiham edilir.

Dördulduzlu General Ceyms Kartrayt Birgə Qərargahlar idarəsinin sabiq vitse komandanıdır.

Kartrayt beş il həbsə məhkum oluna bilər. Lakin məlumatda deyilir ki, onun vəkili və hökumət prokurorları altı aylıq həbs cəzası ilə razılaşıb

Təhqiqatçılar İranın nüvə proqramının qarşısını almaq üçün ABŞ və İsrailin kompüter virusu barədə məlumatı müxbirlərə sızdıran mənbəyin onun olub-olmadığını bilmək istəyir.

Stuxnet adlanan kompüter virusu 2010-cu ildə İranın uran zənginləşdirən sentrifuqalarının nəzarətdən çıxmasına səbəb olmuşdu. Bunun İranın nüvə bombası istehsalı səylərini yubatmasına səbəb oduğuna inanılır.

Bu haqda New York Times qəzetinin müxbiri Deyvid Sanqer "Confront and Conceal" adlı kitabında yazıb.

XS
SM
MD
LG