Accessibility links

Genetiklər bağlı qalmış cinayət işlərini açmağa kömək edir


Genetiklər bağlı qalmış cinayət işlərini açmağa kömək edir
please wait

No media source currently available

0:00 0:02:39 0:00

Genetiklər bağlı qalmış cinayət işlərini açmağa kömək edir

ABŞ alimlərinin sözlərinə görə, DNT analizlərinin nəticələri və genetika alimlərinin araşdırmaları onilliklər ərzində bağlı qalmış cinayət işlərinin araşdırılmasına kömək edə bilər.

İndiananın Fort Ueyn şəhərindən 8 yaşlı Eypril Tinslinin meyidi 1988-ci ildə aşkar olunub. Polislər onun təcavüzə məruz qaldığını və boğulduğunu söyləyib.

30 il ərzində qızın qatili ərazidə polislərə istehzalı qeydlər buraxıb.

Lakin 2018-ci ildə tədqiqatçılar nəhayət ki, etdiyi cinayəti boynuna alan 59 yaşlı Con Milleri tutublar.

Bu dəhşətli cinayət işi Virciniya ştatının Reston şəhərində yerləşən Parabon Nanolabs şirkətinin alimlərinin köməyi ilə həll olunub.

Onlar Milleri izləmək üçün DNT-nin (Dezoksiribonuklein turşusu) təkmilləşdirilmiş analiz və genealoji araşdırmalardan istifadə edib.

"Eypril Tinsli işində öyrəşdiyimiz uyğunluqları almadıq. Mən əsasən üç, dörd və beş köynək o tərəfə olan qohumlarla işləməli oldum. Bir növ uzaq qohumluğa gedən ailə ağacı qurmalı oldum”, genetika elmləri üzrə alim Sisi Mur deyir.

Şübhəli şəxsin DNT profilinə görə genetiklər açıq DNT bazasındakı məlumata, qəzet arxivlərinə və siyahıya alma məlumatlarına əsasən şübhəlinin ailə ağacını yaradır.

Alimlər həmçinin insanın göz rəngi, boyu və qan təzyiqi kimi xüsusi fiziki xüsusiyyətlərini ayıra bilən və fenotipləşmə adlanan qabaqcıl DNT texnologiyasından istifadə edib.

Alimlərin sözlərinə görə, "Snapshot – foto robot" olaraq bilinən parabon üsulu, ənənəvi testlərin yetərli olmadığı çətin vəziyyətlərdə polisə daha çox məlumat verir.

"Daha sonra biz şəxsin görünüşünü bilmədiyimiz cinayət işlərinə baxaraq proqnozlarını edə bilərik. Beləliklə cinayəti törətmiş şəxsin yaşıl göz deyil, mavi gözlü olması ehtimalı var. Və ən əsası, müstəntiqlərə hər hansi bir şəxsin bu cinayətlə əlaqəli olub-olmadığını deyə bilərik”, “Parabon Nanolabs, Bioinformatics”in rəhəbəri Elen Qreytak deyir.

Alimlər bu informasiyanı potensial şübhəli cinayət işini təsəvvürünü hazırlamaq üçün istifadə edə bilər.

Fotorobotlar müstəntiqlərə cinayətin vacib detallarında kömək etsələr də, bu hər zaman yararlı olmur.

“Müəyyən etdiyimiz foto robotların foto şəkil olmadığını vurğulamaq vacibdir. Etdiyimiz hər bir proqnoza bir sıra etimad olur. Biz onların yaşını və ya çəkisini bilmirik, buna görə də biz foto robotları normal bədən çəkisi olan gənc yetkin kimi formalaşdırırıq. Eyni zamanda seçimlərin nə ola biləcəyini düşünürük. Və bilmədiyimiz şeyləri- Saçını nə cür yığmasını, tatu və ya çapıqların olmasıkimi”,

Lakin məhdudiyyətlərə baxmayaraq, Parabon NanoLabs şirkətinin alimləri deyir ki, 2015-ci ildən hazırlanan Snapshot – foto robotlar 200-dən çox amansız cinayət hadisənin 33-nün üstünün açılmasına kömək edib.

XS
SM
MD
LG