Accessibility links

GUAM terror və dini ekstremizmə qarşı mübarizə məsələlərini müzakirə edib


GUAM katibliyi
GUAM katibliyi

Ukraynanın paytaxtı Kiyevdə GUAM Katibliyində Azərbaycan tərəfinin sədrliyi ilə terrorla mübarizə işçi alt qrupunun 19-cu iclası keçirilib.

Report agentliyi təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, alt qrupun işində GUAM-a üzv dövlətlərin nümayəndə heyətləri iştirak edib.

İştirakçılar beynəlxalq terror və dini ekstremist təşkilatların fəaliyyəti, Yaxın Şərq regionundan yayılan terror təhlükələri, 2016-2017-ci illərdə birgə keçirilən xüsusi əməliyyatlar, Gürcüstanda çirkli pulların yuyulması ilə bağlı əməliyyatların maliyyə kanallarının kəsilməsi üzrə aparılan əməliyyat işlərin uğurlu nəticələri barədə məlumat veriblər.

Görüş iştirakçıları Azərbaycanın terror fəaliyyəti ilə məşğul olan şəxslər barədə tərəflər arasında müntəzəm informasiya mübadiləsi təşkil etmək, terror təşkilatlarının fəaliyyətlərinin forma və metodlarının, istifadə olunan rabitə və silah, partlayıcı, nəqliyyat kanallarının müəyyənləşdirilməsi üzrə təcrübə mübadiləsi həyata keçirmək məqsədi ilə müntəzəm ekspert görüşləri keçirmək ilə bağlı təşəbbüslərini dəstəkləyib.

İclasın yekununda tərəflər işçi alt qrupun 2017-ci ildəki fəaliyyət planının icrası ilə bağlı qərar barədə razılığa gəliblər və 2018-ci ilin layihə planına təklifləri təsdiq ediblər.

İşçi alt qrupun növbəti iclası gələn ilin may ayında keçiriləcək.

XS
SM
MD
LG