Accessibility links

George Kent: Bir gün AzadlıqRadiosu yenə Azərbaycana qayıdacaq


Corc Kent
Corc Kent

Mayın 2-də ABŞ dövlət katibi köməkçisinin müavinnin müşaviri George Kent Bakıya səfərinin yekunu olaraq brifinq keçirib.

O səfəri zamanı prezident İlham Əliyev də daxil olmaqla rəsmi şəxlərlərlə görüşüb, vətəndaş cəmiyyətinin nümayəndələri ilə söhbətlər aparıb və Xaçmaz rayonunda USAİD-in (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin) kənd təsərrüfatı layihəsi ilə tanış olub, fermerlərlə görüşüb.

Turan Agentliyinin məlumatına görə, cənab Kent bugünki brifinqdə həbsdə olan jurnalistlərin məsələsinə toxunaraq, onları azadlıqda görməyə ümid etdiyini bildirib:

“Ümumdünya Mətbuat Azadlığı Günü ( mayın 3-də) münasibətilə sizin peşəyə öz hörmətimi bildirmək istərdim. ABŞ hesab edir ki, Azərbaycan da daxil olmaqla, istənilən ölkəyə azad media lazımdır. Bilirik ki, burada həbsdə olan bir neçə jurnalist var. Ümid edirik ki, onlar azad olunacaq və bütün jurnalistlər sərbəst işləmək imkanları əldə edəcək. Azad medianın zonası genişlənir və bir gün AzadlıqRadiosu yenə Azərbaycana qayıdacaq," o qeyd edib.

Səfərin detallarına toxunan George. Kent bildirib ki, Azərbaycanda üç gün ərzində (30 aprel - 2 may) ölkə prezidenti də daxil olmaqla bir sıra şəxslərlə görüşüb.

Bilirik ki, burada həbsdə olan bir neçə jurnalist var. Ümid edirik ki, onlar azad olunacaq və bütün jurnalistlər sərbəst işləmək imkanları əldə edəcək.
George Kent, ABŞ rəsmisi

Onun dediyinə görə, təhlükəsizlik, islahatlar, Qarabağ münaqişəsinin dinc yolla nizamlanması və Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələrinin dəstəklənməsi ikitərəfli münsibətlərdə mühüm mövzular olaraq qalır.

Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemi almasının və onların Azərbaycana verilməsinin mümkünlüyü barədə sualın cavabında cənab Kent deyib ki,Vaşinqtonun mövqeyi dəyişməzdir.

Onun deməsinə görə, NATO üzvü olan Türkiyənin Rusiya sistemindən istifadə etməsi NATO-nun təhlükəsizliyinə ziddir.

"Biz birmənalı şəkildə bəyan etmişik ki, əgər Türkiyə həmin sistemi yerləşdirərsə, bizim F-35 təyyarələrini almayacaq", George Kent bildirib.

S-400-ün Azərbaycana verilməsinə gəlincə, Kentin sözlərinə görə, bu söhbətlər əsassızdır.

ABŞ dövlət katibi köməkçisinin müavini George Kent ötən ilin oktyabrında da Azərbaycanda səfərdə olub.

O, onda da AzadlıqRadiosunun məsələsinə toxunmuşdu.

“Çox ümid edirəm ki, növbəti səfərim zamanı AzadlıqRadiosunun reportajlarını dinləyə biləcəyəm," deyə o bildirmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG