Accessibility links

Gürcüstan "xarici agent" qanun layihəsini geri çəkib


Gürcüstanın hakim partiyası cümə axşamı təklif etdiyi və iki gün kütləvi etirazlara səbəb olan "xarici agent" qanunu geri çəkib.

Həmin qanuna əsasən maliyyələrinin 20 faizindən çoxunu xarici mənbələrdən alan media və qeyri-hökumət təşkilatlar "xarici təsirin agentləri" kimi qeydiyyatdan keçməli idilər.

Qanun layihəsinin əleyhdarları onu 2012-ci ildə Rusiyada Rusiya hökumətini tənqid edən təşkilatları təqib etmək və ya bağlamaq üçün istifadə olunan qanuna bənzədirdi.

Hakim Gürcüstan Arzuzu Partiyası cümə axşamı qanun layihəsinin mənfi şəkildə təqdim edildiyini və ictimaiyyətin bir hissəsinin onunla bağlı yanlış təəssüratda olduğunu deyib.

Gürcüstanın Prezidenti Salome Zurabişvili qanun layihəsini veto edəcəyini bildirib, digərləri isə bu qanun layihəsinin Gürcüstanın Avropa İttifaqına qoşulmaq ümidlərinə təsir edəcəyi ilə bağlı narahatlıqlarını ifadə edib.

Çərşənbə axşamı və çərşənbə on minlərlə insan parlament qarşısında toplaşaraq təklif olunan qanun layihəsinə etiraz edib.

Bəzi nümayişçilər polisə əşyalar atıb, polis zabitləri isə izdihamı gözyaşardıcı qaz, işıq-səs qumbaraları və su şırnaqları ilə dağıdıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG