Accessibility links

Corciya ştatının böyük münsiflər məhkəməsi Trampı seçkilərin nəticələrinə müdaxilə etmək cəhdində ittiham edib


Fulton dairəsinin prokuroru Fani Uillis (mərkəzdə) Corciya ştatının Atlanta şəhərində mətbuat konfransı zamanı danışır, 14 avqust 2023.
Fulton dairəsinin prokuroru Fani Uillis (mərkəzdə) Corciya ştatının Atlanta şəhərində mətbuat konfransı zamanı danışır, 14 avqust 2023.

ABŞ-ın Corciya ştatında böyük münsiflər məhkəməsi keçmiş prezident Donald Trampı və daha 18 nəfəri onun 2020-ci il məğlub olduğu seçkilərin nəticələrini ləğv etmək cəhdlərində ittiham edib.

Bazar ertəsi günü Trampa qarşı qaldırılan 13 ittihama reketçilik, vəzifə andını pozmaq, saxtakarlıq və saxta sənədlər hazırlamaq və digər pozuntular daxildir.

“Reketçilik” ittihamı o deməkdir ki, Corciya prokurorları seçkilərin nəticələrini ləğv etmək sxeminin bir hissəsi kimi sabiq prezidentin Corciyanın iki və ya daha çox qanununu pozduğunu sübut etməlidir.

Trampla birlikdə ittiham olunanlar arasında Ağ Evin keçmiş aparat rəhbəri Mark Midovs, Trampın vəkili Rudi Culiani və keçmiş Ədliyyə Departamentinin rəsmisi Cefri Klark da var.

Fulton dairəsinin prokuroru Fani Villis jurnalistlərə bildirib ki, müttəhimlər 2021-ci ilin yanvarında başlayan "Donald J. Trampın prezident səlahiyyətlərini ələ keçirməsinə icazə vermək kimi qeyri-qanuni məqsədə nail olmaq" üçün dairədə və başqa yerlərdə cinayətkar iş birliyinin bir hissəsi olublar.

İttihamnamədə bu iddia edilən səylərin bir hissəsi kimi çoxsaylı iddialar, o cümlədən Corciya rəsmilərinə seçki saxtakarlığı ilə bağlı təkrar ittihamlar irəli sürmək, Corciya qanunvericilərini seçkilərin nəticələrinə zidd getməyə və Tramp tərəfdarı olan seçki kollegiyası üzvlərini təyin etməyə inandırmaq cəhdləri və səsvermə məlumatlarının oğurlanması barədə ətraflı məlumat verilir.

"Ölkəmizdəki bütün seçkilər ədalətli prosesin təmin edilməsi və səslərin dəqiq hesablanması üçün məsuliyyət daşıyan ştatlar tərəfindən keçirilir. Bu prosesdə ştatların rolu demokratiyamızın işləməsi üçün vacibdir " – deyə, Villis bildirib.

Villis iş üzrə məhkəmənin vaxtının təyin olunmuş hakimin ixtiyarında olduğunu, lakin onun ofisinin məhkəmənin növbəti altı ay ərzində keçirilməsini təklif edəcəyini deyib. O həmçinin bildirib ki, böyük münsiflər məhkəməsi təqsirləndirilənlər barəsində həbs qərarı çıxarsa da, onun ofisi onlara avqustun 25-i günortaya qədər könüllü təslim olmağa icazə verib.

Sabiq prezidentin kampaniyası Villisi "quduz tərəfkeş" olmaqda günahlandıran bəyanat yayıb və onu Trampın "2024-cü il prezidentlik yarışına maksimum müdaxilə etmək və üstünlük təşkil edən Tramp kampaniyasına zərər vermək istəyində" ittiham edib.

Villis jurnalistlərə verdiyi qərarların faktlara əsaslandığını və qanunun "tamamilə tərəfsiz" olduğunu açıqlayıb.

"Biz faktlara baxırıq, qanuna baxırıq və ittihamlar irəli sürürük", Villis bildirib.

Tramp bazar ertəsi Truth Social saytında "seçkilərə müdaxilə etmədiyini" bildirib və çərşənbə axşamı səhər yazdığı bir yazıda Villisi "nəzarətdən kənar və olduqca korrupsioner" adlandırıb.

"Niyə 2,5 il əvvəl ittiham etmədilər? Çünki onlar bunu mənim siyasi kampaniyamın ortasında etmək istədilər" – deyə Tramp bildirib və "İfritə Ovu!" sözlərini əlavə edib.

İttihamnamə Trampın 2021-ci ilin əvvəlində Corciya seçki rəsmilərinə 11,780 səs "tapmağı" xahişi ilə lentə alınmış telefon danışığından qaynaqlanan 2,5 illik araşdırmanın ardınca açıqlanıb. Bu da seçkilərin nəticələrinə təsir göstərən ştatda prezident Co Baydenin qələbə marjasından bir dəfə çoxdur.

Corciya hətta onlar hakim onun seçki saxtakarlığı iddialarına qarşı qərar çıxarsa da Trampın az fərqlə uduzduğu və nəticəni dəyişməyə çalışdığı bir neçə ştatdan biri idi.

Forum

XS
SM
MD
LG