Accessibility links

Gürcüstanda seçkilər öncəsi qarşıdurma


Gürcüstanın prezident administrasiyası sədri Qeorgi Abaşişvili hakim partiya və müxalifəti prezidentə qarşı "çirkli kampaniya" aparmaqda günahlandırıb.

"Faktiki olaraq, bütün dövlət mexanizmi prezidentə ləkə yaxmaq üçün çalışır" - deyə, Abaşişvili bildirib. Bu, prezident aparatı ilə müxalifət arasında ilk açıq qarşıdurmadır.

Payızda Gürcüstanda prezident seçkiləri keçirilməlidir. Bu seçkilərdə prezident son dəfə seçiləcək.

Belə ki, konstitusiyada düzəlişlərə əsasən prezident 2023-cü ildən başlayaraq xüsusi kollegiyanın səsverməsi ilə seçiləcək. Burada parlamentin 150 deputatı və 150 regional bələdiyyə nümayəndələrinin səsi hesablanacaq.

Səlahiyyətlərə gəldikdə isə prezident dövlət başçısı olaraq qalacaq, lakin onun qərarları məhdudlaşdırılacaq. Yalnız hərbi mövqe istisna ediləcək.

Gürcüstan prezidenti Qeorgi Marqvelaşvili hələ ki, seçkilərə qatılacağını bəyan etməyib.

Ötən il Beynəlxalq Respublika İnstitutunun Gürcüstanda keçirdiyi sorğulara görə, repondentlərin 92 faizi prezidentin ümumilli seçkilərlə seçilməsinin tərəfdarıdır. Rəyi soruşulanların yalnız 5 faizi parlamentin prezidenti təyin etməsini hesab etdiklərini bildirib.

XS
SM
MD
LG