Accessibility links

Gürcüstan Yer kürəsində ən yaşlı sakinin ölkə ərazisində yaşadığını iddia edir


Gürcüstan Ədliyyə nazirliyinin vətəndaşların qeydə alınması şöbəsindən bidirilir ki, sovet dövründən qalmış sənədlər Anisa Xviçavanın 1880-ci ildə iyulun 8-də anadan olduğunu göstərir

Gürcüstan rəsmiləri ölkənin dağlıq regionda yaşayan bir qadının 130 yaşının tamam olduğunu bildirirlər. Təsdiq edilsə, Antisa Xviçava Yer kürəsində ən yaşlı insan olacaq.

Gürcüstan Ədliyyə nazirliyinin vətəndaşların qeydə alınması şöbəsindən bidirilir ki, sovet dövründən qalmış sənədlər Anisa Xviçavanın 1880-ci ildə iyulun 8-də anadan olduğunu göstərir. Onun doğum şəhadətnaməsinin əslinin itirildiyini deyilir.

Nazirliyin rəsmisi Assoşieyted Press agentliyinə deyib ki, Xviçava 1965-ci ildə 85 yaşında olarkən təqqaüdə çıxıb.

Gerentoloqların bildirdiyinə görə, Yer kürəsinin ən yaşlı sakini Fransada yaşayan 114 yaşlı Evgeniya Blançartdır.

XS
SM
MD
LG