Accessibility links

Saakaşvilinin tərəfdarları onun həbsinin arxasında Rusiyanın dayandığını deyir


Saakaşvilinin tərəfdarları onun həbsinin arxasında Rusiyanın dayandığını deyir
please wait

No media source currently available

0:00 0:03:55 0:00

Saakaşvilinin tərəfdarları onun həbsinin arxasında Rusiyanın dayandığını deyir

Bir ildən artıqdır ki, Tbilisidə həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin vəziyyəti ağırdır və ailəsinin dediyinə görə, daha da pisləşir. Polşa, Ukrayna və digər Avropa ölkələri onun azadlığa buraxılmasına çağırır. Saakaşvilinin tərəfdarları onun həbsinin arxasında Rusiyanın dayandığını deyir.


Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bir ildən çoxdur ki, ölkəsində həbsdədir. O, 2021-ci ilin oktyabrında Ukraynadan qayıdarkən, özünün siyasi motivli olduğunu iddia etdiyi vəzifəsindən sui-istifadə ittihamı ilə həbs edilib. Həbsxanada olarkən aclıq aksiyası keçirib. Tərəfdarları onun zəhərləndiyini deyir. İndi onun səhhəti sürətlə pisləşir. Ailəsi və Avropa liderləri onun azad edilməsi üçün kampaniya aparır.

Gürcüstanda iki müddət prezidentlik etdikdən sonra Saakaşvili 2015-ci ildə Ukraynaya köçüb. Ukraynanın o vaxtkı prezidenti Pyotr Poroşenko onu Odessa vilayətinin qubernatoru təyin edib və ona Ukrayna vətəndaşlığı verib.

Poroşenko təyinat mərasimində Gürcüstanın keçmiş liderinin ləqəbindən istifadə edərək Saakaşvilinin Ukraynaya sevgisini vurğulayıb. "Mixaylo Ukraynanı dəstəkləməyə hazırdır, çünki o, Ukraynanı mənim qədər sevir".

Lakin iki dost və müttəfiq arasında kəskin fikir ayrılığı yaranıb. Daha sonra Ukrayna hökumətinin Saakaşvilinin vətəndaşlığını geri alıb və onu Polşaya deportasiya edib. O orada özünü korrupsiyaya qarşı mübariz kimi təqdim edib. Mixeil Saakaşvili: "Mən ukraynalı siyasətçiyəm, mən eləcə də gürcü siyasətçisiyəm. Lakin ukraynalı siyasətçi olaraq qalacağam və Ukraynadakı korrupsiyaya və korrupsiyalaşmış oliqarxiyaya qarşı sona qədər mübarizə aparacağam".

Daha sonra o, həbsdə olduğu Gürcüstana qayıtmaq qərarına gəlməzdən əvvəl Polşa-Ukrayna sərhədini piyada keçərək Ukraynaya qayıdıb. Onun siyasi müttəfiqləri Gürcüstanın hazırkı hökumətini ona qarşı qeyri-insani rəftara məruz qoymaqda ittiham edirlər. parlamentin müxalifət üzvü Ana Tsitlidze: "Saakaşvili həqiqətən də Putinin göstərişinə görə həbsdədir. Bu, Putinin ondan qisasıdır, çünki Saakaşvili 2008-ci ildə Putinə qarşı çıxan ilk şəxs olub. Gürcüstan ərazisinin 20 faizi isə hələ də işğal altındadır".

Saakaşvilinin vəziyyəti hazırda ağırdır, Gürcüstan xəstəxanalarından birində həbsdədir. Avropa liderləri, o cümlədən Ukrayna prezidenti Volodimir Zelenski onun azadlığa buraxılmasına çağırıb. "Bildiyiniz kimi, onu zəhərlədilər və indi yavaş-yavaş öldürürlər. Gürcüstanın keçmiş prezidenti belə görünür. Mən medianın Ukrayna vətəndaşına verilən ictimai işgəncələri görməsini istəyirəm".

Daha sonra o, Gürcüstana getmək qərarına gəlməzdən əvvəl Polşa-Ukrayna sərhədini piyada keçərək, Ukraynaya qayıdıb. Onun siyasi müttəfiqləri Gürcüstanın hazırkı hökumətini ona qarşı qeyri-insani rəftarda ittiham edir. Ana Tsitlidze: "Saakaşvili həqiqətən də Putinin göstərişinə görə həbsdədir. Bununla Putin ondan qisas alır. Çünki Saakaşvili 2008-ci ildə Putinə qarşı çıxan ilk şəxs olub. Gürcüstan ərazisinin 20 faizi isə hələ də işğal altındadır".

Saakaşvilinin vəziyyəti hazırda ağırdır və o, Gürcüstan xəstəxanalarından birindədir. Avropa liderləri, eləcə də Ukrayna prezidenti Volodimir Zelenski onun azadlığa buraxılmasına çağırıb.

Gürcüstan hökuməti Saakaşvilinin transferi ilə bağlı müraciətlərə cavab verməyib. "Polşa yardım təklif etdi və Gürcüstan hökumətinə Mişanı Gürcüstandan Polşaya köçürməyi təklif etdi. Amma təəssüf ki, Gürcüstan hökumətindən heç bir cavab yoxdur" deyib Ana Tsitlidze.

Həftədə bir neçə dəfə həbsxana xəstəxanasına getməyə icazə verilən Saakaşvilinin anası həyəcan təbili çalır. Guli Alasania: "O, həqiqətən əziyyət çəkir. Onun üçün danışmaq çətindir. Hər şey çətindir, dəhşətli dərəcədə zəifdir. Gözümün qabağında əriyir. (Bu) dəhşətli yuxu kimidir. Vətən üçün bu qədər iş görən oğlumun indi ölkəsindən bu cür minnətdarlıq almasını ağlıma gətirə bilməzdim".

Keçən ay Avropa Parlamenti Gürcüstan hakimiyyətini Saakaşvilini azad etməyə və onun xaricdə lazımi müalicə almasına icazə verməyə çağırıb. Onlar Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvilini onu əfv etməyə çağırıb.

XS
SM
MD
LG