Accessibility links

BMT: İşgəncə faktında əli olanlar qanun qarşısında cavab verməlidir!


BMT-nin insan haqları agentliyinin sədri Gürcüstanı ölkədə nümayişlərə səbəb olan həbsxanadakı işgəncələrdə əli olanların qanun qarşısına çıxarılmasına çağırıb.

Bu gün BMT-nin İnsan Haqları üzrə ali komissarı Nevi Pillay Gürcüstanı işgəncələri qadağan edən beynəlxalq qanunlara riayət etməyə səsləyib. Cənab Pillayın sözçüsü Rupert Kolvill Cenevrədə keçirilən mətbuat konfransında deyib ki, Gürcüstan hökuməti nəinki videoda nümayiş etdirilən həbsxanadakı zorakılıqların, ümumiyyətlə ölkədə insan haqlarının pozulması hallarını dərindən araşdırmalı və günahkarları cəzalandırmalıdır.

Müxalifəti dəstəkləyən iki televiziya kanalının həbsxanada məhbuslara işgəncə verildiyini göstərən videonu nümayiş etdirməsindən sonra paytaxt Tbilisi və digər şəhərlərdə kütləvi nümayişlər başlayıb.


XS
SM
MD
LG