Accessibility links

Gürcüstan prezidenti Putinin viza rejiminin ləğvi ilə bağlı fərmanını "növbəti təxribat" adlandırıb


Gürcüstan prezidenti Salome Zurabişvili
Gürcüstan prezidenti Salome Zurabişvili

Rusiya prezidenti Vladimir Putin mayın 15-dən etibarən Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib və Rusiya avia-şirkətlərinə Gürcüstana uçuşlara icazə verib. Bu barədə rəsmi informasiya portalında bildirilib.

Fərmanlara əsasən, Gürcüstan vətəndaşları Rusiyaya milli pasport və şəxsiyyəti təsdiq edən digər sənədlərlə gedə biləcək. Eyni zamanda, Rusiyaya 90 gündən çox müddətə işləmək və ya təhsil almaq üçün viza rejimi qalacaq.

Rusiya Xarici İşlər Nazirliyi Putinin fərmanlarından sonra Rusiya vətəndaşlarına 2019-cu il iyunun 21-də tətbiq edilən Gürcüstana səfərdən çəkinmə tövsiyəsini ləğv edib.

"Rusiya Federasiyası prezidentinin uçuşların bərpası və Gürcüstan vətəndaşlarının Rusiyaya qısamüddətli səfəri üçün vizasız rejimin tətbiqi ilə bağlı qəbul etdiyi qərarlar diplomatik münasibətlərin olmamasına baxmayaraq, Rusiya və Gürcüstan vətəndaşları arasında ünsiyyət və təmasların asanlaşdırılmasına yanaşmamıza uyğundur" - deyə, nazirlik vurğulayıb.

Öz növbəsində Gürcüstan prezidenti Salome Zurabişvili Putinin viza rejiminin ləğvi ilə bağlı fərmanını "növbəti təxribat" adlandırıb.

"Rusiya Ukraynaya qarşı təcavüzünü davam etdirdiyi və ərazimizi işğal etdiyi müddətdə Gürcüstanla birbaşa uçuşların bərpası və viza rejiminin ləğvi qəbuledilməzdir" , Zurabişvili vurğulayıb.

Gürcüstan prezidenti hökumətindən ruslar üçün üç aylıq vizaların tətbiqi məsələsinə baxılması üçün Təhlükəsizlik Şurasının iclasının çağırmasını istəyib. O, həmçinin Gürcüstanda sırf rusdilli uşaq bağçalarının açılmasını qəbuledilməz adlandırıb.

Gürcüstan və Rusiya arasında hava əlaqəsi 2019-cu ildə dayandırılıb. Moskva və Tbilisi 2019-cu ildə Moskvanın təşəbbüsü ilə kəsilən birbaşa uçuşların bərpasının mümkünlüyünü 2023-cü ilin fevralında etiraf edib. Təklifin təşəbbüskarı, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tbilisinin Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Moskvaya qarşı tətbiq edilən sanksiyalara rəsmən qoşulmamasına görə Gürcüstanı təqdir edib. O, "Qərbin təzyiqlərinə boyun əyməyən" Gürcüstan rəhbərliyinin "cəsarətini" vurğulayıb.

2022-ci ildə Gürcüstan Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra rusların getməyə başladığı ən populyar ölkələrdən biri olub. Rosstat-ın məlumatına görə, keçən il Gürcüstana Rusiya Federasiyasının təxminən 873 min vətəndaşı gedib.

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG