Accessibility links

Gürcüstan və Rusiya Dünya Ticarət Təşkilatına dair danışıqları bərpa edir


WTO logo
WTO logo

Gürcüstan və Rusiya Dünya Ticarət Təşkilatına üzvlük məsələsi ilə bağlı danışıqları bərpa edir. Gürcüstanın Xarici İşlər nazirinin müavini Nikolas Vaşakidze təşəbbüsün Rusiya tərəfdən gəldiyini bildirərək, Gürcüstanın həmişə danışıqlara hazır olduğunu əlavə edib. Vaşakidze danışıqların martın 9-u və 10-u İsveçrə paytaxtı Berndə keçiriləcəyini bildirib. Avropa İttifaqı Rusiyanın DTT-yə üzvlüyü məsələsinə dəstək göstərir, lakin təşkilatın üzvü olan Gürcüstan buna veto qoymaq hüququna malikdir.

XS
SM
MD
LG