Accessibility links

Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsi Rusiyaya qoşulmaqla bağlı səsvermə keçirəcək


Rusiya Prezidenti Vladimir Putin və Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsinin prezidenti Anatoli Bibilov. 14 noyabr, 2017.
Rusiya Prezidenti Vladimir Putin və Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsinin prezidenti Anatoli Bibilov. 14 noyabr, 2017.

Gürcüstanın separatçı Cənubi Osetiya regionunun lideri cümə günü iyulda Rusiyaya qoşulmaqla bağlı referendumun keçiriləcəyini elan edib.

Rusiya 2008-də Gürcüstanla qısa müharibən sonra faktiki olaraq regiona nəzarət edir. Rusiya və çox az sayda başqa ölkə Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb, ancaq dünyanın böyük bir hissəsi regionu hələ də Gürcüstanın bir hissəsi hesab edir.

“Biz bunu etdik,” Cənubi Osetiyanın lideri Anatoli Bibilov cümə günü Telegram kanalında yazıb və referendumu iyulun 17-də təyin edən fərman imzaladığını açıqlayıb.

“Hüquqi dildə desək, biz daha bir mühüm qanuni tələbi yerinə yetirdik" dedi. "Və normal dillə desək, həyatı dəyişdirən bir addım atdıq – biz evə gedirik, Rusiyaya gedirik,” o deyib.

Rusiyanın Ukraynadakı müharibəsi başlayandan təqribən bir ay sonra Bibilov Cənubi Osetiyanın Ruisyaya qoşulmaq üçün lazımı hüquqi addımları atacağını bildirmişdi.

Referendum təxminən Krım nümunəsinə uyğun keçirilir. Rusiya Qara Dənizdəki yarımadanı 2014-cü ildə Ukraynadan ələ keçirəndən sonra, orada Rusiya qoşulmaqla bağlı referendum keçirilmişdi və əhalinin 97 faizinin bunun lehinə səs verdiyi bildirilmişdi. Referendum Krım hələ də Rusiya qoşunlarının nəzarəti altında ikən keçirilmişdi və nəticələr bir çox ölkə tərəfindən tanınmamışdı. Bunun ardınca Rusiya Krımı ilhaq etdi.

XS
SM
MD
LG