Accessibility links

Gürcüstan prezidenti həftələrdir etirazlara səbəb olan media qanununa veto qoyub


Tbilisi. 15 may, 2024.
Tbilisi. 15 may, 2024.

Gürcüstan prezidenti şənbə günü “Rusiya qanunu” kimi tanınan və medianı hədəf alan qanuna veto qoyub. Qanun layihəsi həftələrdir etirazlara səbəb olub.

Qanuna əsasən media və qeyri-hökumət təşkilatlarından maliyyələrinin 20%-dən çoxunu xaricdən aldıqları təqdirdə “xarici gücün maraqlarını davam etdirən” təşkilat kimi qeydiyyatdan keçmələri tələb olunacaq. Qanun layihəsinin tənqidçiləri deyir ki, o, Kremlin opponentlərini susdurmaq üçün istifadə etdiyi qanunla oxşardır və onun Gürcüstanın Aİ-ə qoyulmaq ehtimalına maneə törədəcək.

Gürcüstanın hakim partiyası ilə fikir ayrılığı yaşayan Prezident Salome Zurabişvili şənbə günü deyib ki, qanun layihəsi Gürcüstan konstitusiyasına və “bütün Avropa standartlarına” ziddir və əlavə edib ki, “o ləğv edilməlidir.”

Hakim Gürcüstan Arzusu partiyası Zurabişvilinin vetosunu ləğv etmək üçün kifayət qədər çoxluğa malikdir və növbəti günlərdə bunu edəcəyi gözlənilir. Gürcüstan hökuməti israr edir ki, qanunun məqsədi şəffaflığı təbliğ etmək və 3.7 milyon əhalisi olan ölkədə zərərli xarici təsini məhdudlaşdırmaq məqsədi daşıyır.

Forum

XS
SM
MD
LG